Bunaklar maraelər (yanlış olaraq marelər) — İndoneziyada və Şərqi Timorun Mərkəzi Timor yaylasında xalq.Bunaklar// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 73-74. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Yayılmaları Sayları 100 min nəfərdir, onlardan 80 min nəfəri Şərqi Timorda yaşayır (1995). Makasailərə, fatalukulara və Timorun qonşu Avstroneziya xalqlarına (atonilərə, tetumlara) qohumdurlar. Bunakların dili papuas dillərinin transyeniqvineya dil ailəsinin Şərqi Timor qrupuna aiddir.

Din Dindarların bir hissəsi xristiandır, ənənəvi inanclarını saxlayanlar da var.

Kənd təsərrüfatı Əsas məşğuliyyətləri tropik toxa əkinçiliyidir (qarğıdalı, kökümeyvəlilər və köküyumrular, mərasimlər üçün az miqdarda quru dərələrdə yetişdirilən çəltik). thumb|Bunaklar

Sosial quruluşları Sosial təşkilatlanmanın əsasını ana nəsli (deu) təşkil edir, bir neçə deu qəbilə icmasında birləşir. Üçqəbiləli ittifaq mövcuddur. Nikah bilokaldır. Bayramlarda ifa olunan epik mahnılarda (bei qua –“əcdadların izləri”) Bunakların əcdadlarının dənizin arxasından köçüb gəlməsi motivləri izlənilir.

Həmçinin bax Cənubi Loular Butunqlar Çikasolar Catlar (xalq)

İstinadlar

Xarici keçidlər Şərqi Timurda sayı azalmaqda olan etnik azlıqlarla bağllı məqalə Etnoloji səhifə

Kateqoriya:İndoneziyada yaşayan etnik qruplar