"Something Just Like This" () — musiqisi amerikan qrup "The Chainsmokers" və Britaniya rok qrupu olan "Coldplay" tərəfindən ifa olunan mahnı. Musiqi ilk dəfə 2017-ci ilin fevral ayının 22-də yayımlanmışdır. 2016-cı ilin sentyabr ayında "The Chainsmokers" qrupu 2 qısa klip təqdim etməklə tezliklə Kris Martin ilə birgə mahnı hazırlayacaqlarını elan etmişdir.

Musiqi haqqında Musiqi üçün hazırlanmış klip ilk dəfə 2017-ci ilin fevral ayının 22-də "Vevo" kanalında nümayiş etdirilmişdir. Məhz həmin tarixdə 300 milyon insan tərəfindən izlənildiyi qeyd olunur.Official Lyric video of "Something Just Like This" on Youtube "Something Just Like This" nüfuzlu musiqi hit-paradı olan "Billboard Hot 100"də debüt olaraq 56-cı nömrə ilə göstərilmişdir. Lakin ikinci həftəsində musiqi beşinci pilləyədək irələməyi bacardı. Bu "The Chainsmokers" qrupununun "Don't Let Me Down" və "Closer" mahnılarından sonra üçüncü dəfə "Coldplay" qrupunun isə "Viva la Vida" mahnısından sonra ikinci dəfə ilk beşliyə daxil olduğu mahnıdır. Həmçinin "Coldplay" və "The Chainsmokers" qrupları 2017-ci ilin fevral ayının 22-də Londonda yerləşən O2 Arenasında 2017 Brit Mükafatları adlı musiqi mərasimində bu mahnını ilk dəfə canlı ifa etdilər.

Hit-paradlarda Hit-parad (2017) Tutduğu yer (Monitor Latino) 19 (National-Report) 49 (Tracklisten) 5 (SNEP) 7 (Airplay Chart) 1 (FIMI) 3 (Latvijas Top 40) 1 (Lebanese Top 20) 1 (Monitor Latino) 3 (Recorded Music NZ) 5 (VG-lista) 5 (Billboard) 7 Airplay (Tophit) 6 (SloTop50) 6

İstinadlar

Kateqoriya:Rok albomları Kateqoriya:Columbia Records sinqlları Kateqoriya:2017-ci ilin sinqlları Kateqoriya:2017-ci ilin mahnıları