Ağdam qəzası — Azərbaycan SSR tərkibində 1923–1929-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi.

Tarixi 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili ilə əlaqədar Şuşa qəzası ləğv olunmuş və əvəzində Ağdam qəzası təşkil edilmişdir.

1923-cü ilin avqust ayının 1-də Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətində Piricanın Kürdüstan qəzasının, Ağdam şəhərinin Ağdam qəzasının mərkəzi hesab edilməsi və Cəbrayıl qəzasının mərkəzinin Qaryagindən Cəbrayıla keçirilməsi haqqında Rəyasət Heyətinə tövsiyə verildi. Avqustun 6-da Azərbaycan MİK-nin Rəyasət Heyəti Ağdam mərkəz olmaqla Ağdam qəzasının, Cəbrayıl mərkəz olmaqla Cəbrayıl qəzasının və Pirican mərkəz olmaqla Kürdüstan qəzalarının inzibati-ərazi bölgüsünü təsdiq etdi.

Sovet dövründə Ağdam Qəza İcraiyyə Komitəsi yarandı.

Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min km²), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. km².), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı.

İstinadlar

Həmçinin bax Ağdam Ağdam Qəza İcraiyyə Komitəsi

Kateqoriya:Ağdam qəzası