() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Mənşəyi Cənubi Amerikadır (Çili, Argentina).

Botaniki xarakteristikası Hündürlüyü 6-8 m-ə çatan, yumru çətirli, həmişəyaşıl və ya yarpağını tökən ağacdır. Gövdəsi qısa, yerlə sürünən, qabığı cod, dərin yarıqlı, budaqları əyilmiş, üzəri seyrək, iri iynələrlə örtülmüşdür. Yarpaqları cüt lələkvari, üzbəüz yerləşmiş, parlaq yaşıldır. Çiçəkləri yaşılımtıl-ağ və ya sarı, uzun erkəkcikli, uzunluğu 12 sm-dək olan sıx, tükcüklü, sallaq çiçək qruplarına yığılmışdır. Meyvəsi oraqvari əyilmiş qınlıdır. Toxum və qələmlərlə çoxalır.

Ekologiyası Quraqlığa, istiyə davamlıdır. Drenajlı, qələvi torpaqlarda yaxşı bitir. Torpağı həmişə çox az miqdarda rütubətli olmalıdır. Qışda yarpaqlarını tökərək, -100C-dək şaxtaya dözür.

Azərbaycanda yayılması Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya olunmuşdur.

İstifadəsi Budanma ilə lazımi ölçülərini saxlamaq və bonsay üslubunda formalaşdırmaq olar. Dərman və qida əhəmiyyətli bitkidir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Peru ağacları