Eritrin – Co3 [AsO4]2 • 8H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Xassələri Rəng – moruğu-qırmızı, şaftalı kimi qırmızı, tünd çəhrayıdan açıq-çəhrayıyadək, nadir hallarda – ağ, boz; Mineralın cizgisinin rəngi – çəhrayıdan ağadək; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi, torpaqvari aqreqatlarda – donuq; Şəffaflıq – yarımşəffafdır, kristalları şəffafdır; Sıxlıq – 3,0-3,1; Sərtlik – 1,5-2,5; Ayrılma – {010} üzrə tam mükəmməl; Sınıqlar – pilləlidən tikanlıyadək; Morfologiya – kristallar: prizmatik, iynəvari, lövhəyəbənzər; Mineral aqreqatları: radial-şüalı, torpaqvari kütlələr, ulduz şəkilli, kürə- və böyrəkvari əmələgəlmələr, qabıqlar, qaysaqlar – «kobalt çiçəkləri», smaltin üzrə psevdomorfozalar.
Mənşəyi və yayılması Tipik törəmə mineral olub, Co arsenidlərinin aşınması nəticəsində əmələ gəlir və kobalt və kobaltlı filiz yataqlarının oksidləşmə zonasında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: farmakolit, kobaltin, smaltin, annabergit və b. Mineralın tapıldığı yerlər: Bu-Azzer (Mərakeş); İran; Ak-Ciqla (Orta Asiya); Vittixen, Şneerberq (Almaniya); Kobalt (Kanada) və b. Azərbaycanda Şimali-Daşkəsən kobalt, Şimal-Şərqi- və Cənubi-Daşkəsən dəmir filizi (Daşkəsən filiz rayonu) yataqlarında qeyd edilir.
Tətbiqi Kobalt filizləşməsinin indikatorudur.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
Erythrine THE MINERAL ERYTHRITE
Kateqoriya:Arsenin mineralları Kateqoriya:Kobaltın mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları