Xasay İbrahim oğlu Musayev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent.
Həyatı Xasay İbrahim oğlu Musayev 13 iyul 1929-cu ildə Azərbaycan Respublikası Yevlax rayonunun Karamanlı kəndində anadan olmuşdur. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənnindən dərs demişdir. 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasında əyani sonra isə qiyabi aspirantı olmuşdur.
1975-ci ildə professor Y.Ə.Əmənzadənin rəhbərliyi altında “Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli ” mövzusunda Azərbaycan Respublikası Politexnik İnstitutunda texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi vəzifəsində çalışır.
2011-ci ildə “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adı almışdır.
Təhsili 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi, tələbə
1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsi, tələbə
1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrası, aspirant
Elmi dərəcələri, elmi adları 1975-ci il Azərbaycan Respublikası Politexnik İnstitutu, texnika elmləri namizədi
Dissertasiyanın adı: "Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli"
Əmək fəaliyyəti 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim
1960-1970-ci illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda konstruktor
2000-ci ildən indiyə kimi kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi "Elastiklik və plastiklik nəzəriyyəsi" şöbəsi.
Elmi maraq dairələri
Elastiki örtüklər nəzəriyyəsi Momentsiz örtüklər nəzəriyyəsi Dairəvi silindrik örtüklər nəzəriyyəsi Fırlanan və yatıq örtüklər nəzəriyyəsi Örtüklərin rəqsləri və möhkəmlik nəzəriyyəsi
Əsas elmi nəticələri Dairəvi olmayan hamar və qabırqalı örtüklər.
Məqalələr 47 - elmi məqalənin müəllifidir.
Mənbə
Xarici keçidlər