The ACM Web Conference (əvvəlki adı: International World Wide Web Conference; qısaca WWW) — Ümumdünya hörümçək torunun gələcək istiqaməti mövzusunda illik beynəlxalq akademik konfrans. İlk konfrans 1994-cü ildə İsveçrənin Cenevrə şəhərində, CERN-də Robert Kayo tərəfindən keçirilmiş və təşkil edilmişdir. Konfrans o vaxtdan bəri hər il Robert Kayo və həmkarı Cozef Hardin tərəfindən təsis edilən Beynəlxalq Ümumdünya Hörümçək Toru Konfransı Komitəsi (IW3C2) tərəfindən təşkil olunur. 2020-ci ildə "Web Conference" seriyası ACM SIGWEB tərəfindən dəstəklənən Hesablama Maşınları Assosiasiyası (HMA) ilə əlaqəli olmuşdur. Konfransın məkanı Şimali Amerika, Avropa və Asiya arasında dəyişir, onun tədbirləri adətən beş gün davam edir. Konfransın məqsədi "əsas təsir edici şəxslərin, qərar qəbul edənlərin, texnoloqların, bizneslərin və standartlar təşkilatlarının" həm davam edən işlərini, araşdırmalarını və fikirlərini təqdim edə, həm də bu sahədə ən bilikli insanlardan rəy ala biləcəkləri bir forum təmin etməkdir.

"Web Conference" seriyası onunla əlaqəli texnologiyaların standartlaşdırılması, qeyd olunan texnologiyaların cəmiyyətə və mədəniyyətə təsiri ilə bağlı müzakirə və debatlar üçün qlobal forum təmin etmək məqsədi daşıyır. Tərtibatçılar, tədqiqatçılar, internet istifadəçiləri, eləcə də kommersiya müəssisələri və təşkilatlar ümumdünya hörümçək torunun ən son yeniliklərini, həmçinin eTV və elektron biznes kimi digər prosesləri müzakirə etmək üçün konfransda bir araya gəlir. Konfransların mövzusuna adətən dərsliklər və seminarlar kimi müxtəlif tədbirlər, həmçinin əsas konfrans və internet tarixinin yaddaşına xüsusi yer ayrılması və xüsusi diqqətəlayiq hadisələr daxildir. Konfranslar IW3C2 tərəfindən "World Wide Web Consortium" (W3C), yerli təşkilat komitələri və texniki proqram komitələri ilə birgə təşkil olunur.

Tarixi Ümumdünya hörümçək torunun yaradıcısı Robert Kayo özü CERN daxilində, həmçinin 1991-ci ildə Texasın San-Antonio şəhərində və 1993-cü ildə Vaşinqtonun Sietl şəhərində "Hipermətn" kimi konfranslarda lobbiçilik etmişdir. O, 1993-cü ildə konfransdan qayıdan kimi Ümumdünya Hörümçək Toru Konfransı 1 adlı yeni konfrans elan etmiş və əslində bunu MSTM-nin "Mozaika və veb" layihəsindən 23 saat daha əvvəl etmişdir. MSTM əməkdaşı Cozef Hardin ilə Beynəlxalq Ümumdünya Hörümçək Toru Konfransı Komitəsini təsis etdikdən sonra onlar Cenevrədə növbəti konfransların keçirilməsinə qərar vermişdilər.

Keçirilən konfranslar Keçmiş və gələcək konfranslara daxildir:

İl Konfrans Şəhər Ölkə2023WWW2023Ostin2022WWW2022Onlayn (COVID-19 pandemiyası səbəbilə; Lion şəhərində keçirilməsi planlaşdırılırdı)2021WWW2021Onlayn (COVID-19 pandemiyası səbəbilə; Lyublyana şəhərində keçirilməsi planlaşdırılırdı)2020WWW2020Onlayn (COVID-19 pandemiyası səbəbilə; Taypey şəhərində keçirilməsi planlaşdırılırdı)2019WWW2019San-Fransisko2018WWW2018LionInternational World Wide Web Conferences Committee .2017WWW2017Pert2016WWW2016Monreal25th World Wide Web Conference - Home .2015WWW2015Florensiya 2014WWW2014Seul 2013WWW2013Rio 2012WWW2012Lion 2011WWW2011Heydərabad 2010 WWW2010 Roli 2009 WWW2009 Madrid 2008 WWW2008 Pekin 2007 WWW2007 Banff 2006 WWW2006 Edinburq 2005 WWW2005 Çiba 2004 WWW2004 Nyu-York 2003 WWW2003 Budapeşt 2002 WWW2002 Honolulu, Havay adaları 2001 WWW10 Honkonq 2000 WWW9 Amsterdam 1999 WWW8 Toronto 1998 WWW7 Brisben 1997 WWW6 Santa-Klara 1996 WWW5 Paris 1995 (dekabr) WWW4 Boston 1995 (aprel) WWW3 Darmştadt 1994 (oktyabr) Mosaic and the Web (sonra WWW2) Çikaqo 1994 (may) WWW1 Cenevrə

Həmçinin bax Ümumdünya hörümçək toru

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Konfranslar Ümumdünya hörümçək toru Kateqoriya:Beynəlxalq konfranslar Kateqoriya:1994-cü ildə yarananlar Kateqoriya:Kompüter konfransları