Darmştat () — Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir.
Elm şəhəri Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
Həmçinin bax Lorş
İstinadlar
Kateqoriya:Hessen Kateqoriya:Almaniya şəhərləri