Hadisələr 13 mart - Haiti Respublikasının prezidenti general Fabr Jeffrarın və onun ailəsinin ölkədən Yamaykaya qaçması. Hakimiyyətin müvəqqəti olaraq dövlət katibləri Şurasının əlinə keçməsi. 4 may - Silvan Salnavın protektor titulu ilə Haitinin dövlət başçısı olması 11 may - Lüksemburq müstəqil dövlət elan edildi. İngiltərə hökuməti tərəfindən Kanadaya dominion hüququnun verilməsi. İngiltərədə ikinci parlament islahatının keçirilməsi. Meqreliyada təhkimçilik hüququnun ləğv edilməsi. Prussiyanın başçılığı ilə Şimali Alman İttifaqı yaradılması. 26 iyul - Türküstan general- qubernatorluğunun yaradılması. Amerika Birləşmiş Ştatları Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın alması.

Doğumlar 16 yanvar - Rus sovet yazıçısı Vikenti Vikentiyeviç Veresayev ( həqiqi soyadı Smidoviç). 18 yanvar - Latın Amerikalı şair Ruben Dario. 15 fevral - Rus yazıçısı, sair, publisist, ədəbi tənqidçi Nikolay Aleksandroviç Engelqardt. 1 aprel - Polyak rəssamı Juzef Balzukeviç. 17 mart - hərbi yazıçı, geosiyasət sahəsində bir sıra əsərlərin müəllifi Aleksey Edrixin. 7 may - Polyak yazıçısı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı (1924) Valdislav Reymont (həqiqi soyadı Peyment). 4 iyun - fin hərbi və dövlət xadimi Mannerheym,Karl Qustav Emil. 8 iyun - Amerikan yenilikçi memarı Rayt Frenk LLoyd. 16 iyun - rus yazıçısı, şair-simvolist Konstantin Dmitriyeviç Balmont. 28 iyun - İtalyan yazıçısı və dramaturqu, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı (1934) - Luici Pirandello 8 iyul - Alman rəssamı, qrafik və heykəltəraşı Kolvits Kete.

Ölümlər 22 dekabr — Jan Viktor Ponsele Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov, rus ordusunda general.