Fatma Məhərrəm qızı İmamquliyeva () — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1950).

Həyat və əmək fəaliyyəti Fatma İmamquliyeva 15 iyun 1926-cı ildə Naxçıvan MSSR-in (indiki Şahbuz rayonu) Şahbuzkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Şahbuz rayonundakı "Kommunist" kolxozunda başlamışdır. 1950–1973-cü illərdə Kirov adına kolxozda sədr, manqabaşçısı, Nizami adına kolxozda manqabaşçısı, İliç rayonu Dəmirçi kənd sovetinin sədri kimi vəzifələrdə çalışmışdır. 1973-cü ildən Nizami adına kolxozda briqadir olmuşdur. 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 iyul 1950-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni ilə təltif olunmuşdur. Azərbaycan SSR Ali Sovetinə (3-cü çağırış) deputat seçilmişdir. Fatma İmamquliyeva 29 iyul 2002-ci ildə Şahbuz rayonunda vəfat etmişdir.Fatma Məhərrəm qızı İmamquliyeva // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.

İstinadlar

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri