Növrəstə Bağır qızı Quliyeva () — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).

Həyatı Növrəstə Quliyeva 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1933-cü ildə Karl Marks adına İliç rayon kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 1 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1952-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Növrəstə Quliyeva 3 fevral 1982-ci ildə Culfa rayonunda vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Kəngərli rayonunda doğulanlar Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Tütünçülər Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər