Diaxçay mis-porfir yatağı — Ordubad rayonu ərazisində yerləşir.Nüsnüs kəndindən 1.5 kilometr şimal şərqdə Zəngəzur silsiləsinin cənub-qərb yamacında dəniz səviyyəsindən 2000–2500 metr hündürlükdədir.

Ümumi məlumat Mehri-Ordubad plutonunun iki intruziv kompleksinin, qabbro-qranodiorit və monsonit-qranodiorit-porfirin təmasında yerləşir. Geoloji quruluşunda qabbro, qabbro-qranodiorit, qranodiorit,kvars-siyenit-diorit süxurları, həmçinin qranodiorit-porfir dayaqları iştirak edir. İki texnoloji filiz tipi-əsasən misli (ştokverk) və molibden (damar) məlumdur. Ştokverk tipli filizlərdə mis 0.06–2.25 faiz, molibden 0.01–0.31 faiz, damar tipli filizlərdə mis 0.01–0.85 faiz, molibden 0.01–0.27 faizdir. Əsas filiz mineralları pirit, xalkopirit, molibdenit, misin törəmə minerallarıdır.Naxçıvan ensiklopediyası. Bakı.2002.səh:594

Həmçinin bax Ordubad rayonu Naxçıvan Muxtar Respublikasının dağ-mədən sənayesi

Xarici keçidlər Naxçıvanın Təbii Sərvətləri

İstinadlar

Kateqoriya:Ordubad rayonu