Adyunkt ( «birləşdirilmiş») — müxtəlif sahələrdə köməkçi və müavin vəzifəsi və ya rütbəsi.

Bəzən "adyunkt" termini tərcümə olunur ki, bu da ümumiyyətlə "assistent" və ya "köməkçi" mənasını verir. Fransada bu bələdiyyə sədrinin köməkçilərinin adıdır. Əlavə olaraq, bu ad, Fransız hərbi idarəsindəki ən aşağı vəzifəlilərdən bəzilərinə aiddir.

Digər mənaları kiçik elmi işçi; kafedra müdiri, professor, akademik köməkçisi; ali hərbi məktəblərdə və silahlı qüvvələrin elmi-tədqiqat müəssisələrində pedaqoji və elmi-tədqiqat işinə hazırlanan zabit; ali hərbi təhsil və elmi-tədqiqat müəssisələrində elmi və elmi-pedaqoji kadr hazırlığının əsas formalarından biri.

İstinadlar

Ədəbiyyat Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.

Kateqoriya:Akademik terminologiya Kateqoriya:Hərbi təhsil müəssisələri Kateqoriya:Ali təhsil müəssisələri