() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Xarici quruluşu bədənin uzunluğu 1,29-1,57 mm, eni isə (yumurtalıqların nahiyyəsində) 0,504-0,5824 mm-dir. Tam dairə şəklində olmayan ağız əmziyi 0,163-0,168x0,157 mm ölçülüdür. Farinks 0,062-0,056 mm-ə bərabərdir. Birinci toxumluğun ölçüsü 0,203-0,236x0,426-0,381 mm, ikincininki 0,235-0,258x0,392-0,381 mm-dir. Cinsi bursa oval şəkildədir və onun oturacağı oval şəkillidir və onun oturacağı qarın əmziyinin mərkəzində durur. Qısa balalıq qrın əmziyi ilə birinci toxumluğun arasında yerləşir. Yumurtalar oval şəkilli olub, 0,084-0,090x0,056 mm ölçüyə malikdir.
Həyat tərzi Azsaylı endem növdür. Parazit orqanizm olub, quşların () bağırsağında yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayit edilir. Düşmənlıri yoxdur. Hermofradit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Amerikada aralıq sahib şirin su ilbizləridir (). İnsan həyatına təsiri məlum deyil.
Yayılması Dünyada 10, Azərbaycanda 1 növlə təmsil olunmuşdur. Şimali Amerikada, Azərbaycanda isə Maşmudçala gölü ərazisində yayılmışdır.
İstinadlar
Həmçinin bax