K-9 Thunder Cənubi Koreya istehsalı özüyeriyən artilleriya qurğusudur. Bu artilleriya qurğusu Cənubi Koreya Silahlı Qüvvələrində istismar olunan K-55 artilleriya sistemini əvəz etmək məqsədilə hazırlanmışdır. K-9 haubitsası K-10 avtomatik mərmi təchizat maşını ilə birlikdə fəaliyyət göstərir.

İxrac İlk dəfə texnologiya transferi Türkiyəyə həyata keçirilmiş və 2004-cü ildən etibarən T-155 Fırtına adı ilə lisenziya altında istehsal olunmağa başlamışdır. Bu texnologiya transferi qarşılığında Türkiyə Cənubi Koreyaya 1 milyard ABŞ dolları ödəmişdir. Türkiyə 2011-ci ilə qədər 300 ədəd Fırtına istehsal etməyi planlaşdırmışdır.

2015-ci ilin sentyabrında "Larsen və Toubro" konqlomeratı Hindistan ordusunu 100 ədəd K-9 haubitsası ilə təmin etmək üçün 800 milyon $ dəyərində müqavilə imzalamışdır. Hindistan üçün istehsal olunmuş K-9 Vajra-T xüsusilə ölkənin Pakistanla sərhəd ərazilərində səhra şəraitində istifadə üçün nəzərdə tutulmuşdur.

2016-cı ilin iyulunda Finlandiya müdafiə naziri açıqlanmayan sayda K-9 haubitsasının alınması məqsədilə Cənubi Koreya ilə danışıqların davam etdiyini açıqlamışdır. 2017-ci ilin fevralında isə ölkənin müdafiə naziri növbəti açıqlamasında 2017-ci ildən başlayaraq yeddi il ərzində Finlandiyanın 48 ədəd K-9 alacağını bildirmişdir.

Norveç və Estoniya da K-9-ların alınmasının qərara alındığını bildirmişdir. Norveçlə Koreya arasında satınalma haqqında müqavilənin 2017-ci ilin ortalarında imzalanacağı gözlənilir. Bir sıra digər mənbələrə istinadən yayılan xəbərlərə görə Estoniyanın Finlandiyadan 12 ədəd K-9 alacağı gözlənilir.

Variantları XK-9: Prototip. K-9: İlk istehsal variantı. K-9 VAJRA-T: Hindistan üçün nəzərdə tutulmuş variant. K9FIN Moukari: Finlandiya üçün nəzərdə tutulmuş variant. K-10: Mərmi təchizat maşını. (K-9 şassisi üzərində hazırlanmışdır)

İstifadəçiləri thumb|372x372px|K-9 istifadəçiləri.

Hazırkı istifadəçilər : 48 ədəd. Çatdırılmasına 2017-ci ildən etibarən başlanılacaq.Suomi hankkii 48 käytettyä panssarihaupitsia Etelä-Koreasta iltasanomat.fi, February 17 2017. : 100 ədəd. "Larsen və Toubro" şirkəti tərəfindən Hindistan Silahlı Qüvvələri üçün istehsal olunmuşdur. Cənubi Koreya: 1,136 ədəd K-9 və 179 ədəd K-10. : 120 ədəd. AHS Krab proqramı çərçivəsində istehsal olunacaq.Samsung Techwin signs deal for delivering 120 K9 Thunder self-propelled howitzers to Poland armyrecognition.com, December 17, 2014.

: 24 + 12 (2026-cı ilə qədər təhvil verilləcək)

Potensial istifadəçilər : Norveçin hazırda silahlanmada olan M109-ları K-9 haubitsaları ilə əvəz edəcəyi gözlənilir.

Həmçinin bax Özüyeriyən artilleriya 2S19 Msta-S T-155 Fırtına

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Artilleriya