Mosaic veb-brauzeri — Microsoft Windows əməliyyat sistemi üçün ilk veb-brauzer. Urbana-Şampeyndəki İllinoys Universitetinin Superkompüter Tətbiqi Proqramlarının Milli Mərkəzində (National Center for Supercomputing Applications at the University of Illinois Urbana-Champaign) işlənib hazırlanıb. İlk versiyası 1993-cü ildə buraxılıb və inkişafı 1997-ci ildə dayandırılıb. Netscape Navigator və Internet Explorer brauzerlərinin əsasında Mosaic’in ilkin kodu dayanır.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Kateqoriya:Fəaliyyəti dayandırılmış veb-brauzerlər Kateqoriya:Çarpaz platformalı proqram təminatı Kateqoriya:Microsoft