Çınqıllıtəpə dağı – Babək rayonu ərazisində dağ (hünd. 826,3 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün cənub-şərqində, Naxçıvançayın mənsəbində, Nehrəm kəndindən 4 km-ədək şimal-qərbdə, Araz su qovşağı su anbarının şərq sahilindədir. Orta Miosenin Konka regiomərtəbəsinə aid Tumbul lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.
Həmçinin bax: Qapıcıq dağı Cindağ (Şahbuz) Ağrıdağ Ağqaya (Babək rayonu)
İstinadlar
Kateqoriya:Babək rayonunun dağları