İki nöqtəli xilokorus () — təqribi 4 mm uzunluğunda, ovalşəkilli, yığcam bədəni olmaqla, başı qaradır, iri mürəkkəb gözləri aydın görünür. Kənardan baxdıqda günbəzşəkilli olduğu görünür.
Quruluşu
Ovalşəkilli, yığcam bədəni olmaqla, başı qaradır, iri mürəkkəb gözləri aydın görünür. Ağız tərəfi sarımtıldır. Qaramtıl-qırmızıya çalan rəng çalarları var. Ətraflarında dırmanmaq üçün caynaqları var. Əsasən meyvə bağlarında və qovaq ağacında yastıcalarla qidalanır. Əsas qidasını yastıcalar fəsiləsinin (diaspididae) növləri təşkil edir.
Biologiyası
İl ərzində iki nəsil verir: Birinci nəsil iyun ayının sonunda, ikinci nəsil is' sentyabrın əvvəllərində başa çatır. İsti yay günlərində bükülmüş yarpaqlar arasında və ağacların qabığı altında sükunət dövrü keçirir. Qışlamasını tək-tək ağacların qabığı altında günəşə tərəf olan hissələrində keçirir. Ən çox yabanı bitkilər üzərindəki yalançı yastıcalarla, qismən də tor gənəcəyi ilə qidalanır.Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 39
Həyat mərhələləri 4 həyat mərhələsi var: yumurta, sürfə, pup və yetkin fərdScale Predatory Chilocorus Bipustulatus Lady Beetle. İstifadə tarixi: 7 mart 2026.. Dişi fərd təqribi 30-60 yumurta qoya bilir.
Yayılması
İki nöqtəli xilokorus Azərbaycanda ən çox Naxçıvan şəhəri ətrafında, Babək, Şərur, Ordubad və Şahbuz rayonlarının dağətəyi zonalarda yayılıb.
Əhəmiyyəti Zərərvericilərə qarşı bio-müdafiə mexanimzi kimi istifadə oluna bilər.
Ədəbiyyat
Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 39 Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981 Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.
İstinadlar
Kateqoriya:Buğumayaqlılar Kateqoriya:Altıayaqlılar