Diridağ — Ordubad rayonu ərazisində dağ (hünd. 2528,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan  Uçurdağ qolunda zirvə  Vənəndçayın sol sahilində, Pəzməri kəndindən 1,5 km cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit və adamellitlərdən təşkil olunmuş  günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşir.

Həmçinin bax Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad) Almalıdağ

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları