S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir.
thumb|Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan S-125 kompleksi
Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir.
S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir.
1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir.
İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir.
S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır. Köhnə sistemləri xaricə satmaq üçün onları təkmilləşdirmək qərarına gəlinir. Bu məqsədlə 2000-ci ildə hazırlanmış "Peçora-2" sistemi daha uzaq məsafədən eyni zamanda bir neçə hədəfi yüksək dəqiqliklə vurmaq imkanı verir. Atıcı qurğu yük avtomobilinə quraşdırılır, bu da ona qısa zamanda yerini dəyişməyə imkan verir. Peçora-2 sistemini həm də qanadlı raketlərə qarşı tətbiq etmək olur.
Taktiki-texniki göstəriciləri +S-125M В-600 raketi ilə"Peçora" В-601P raketi ilə"Peçora" В-601PK raketi ilə"Peçora 2A" В-601D raketi ilə Hədəfin maksimal uçuş sürəti (m/san) 560 560 560 700 Minimal epr. (m²) 0,5 0,3 0,3 0,3 Hədəfin maksimal uçuş hündürlüyü Н (km) 10 18 16 20 Raketin minimal uçuş hündürlüyü (km) 0,2 0,02 0,02 0,02 Maksimal uzaqlıq (km) 12 17,5 14 28 Minimal uzaqlıq (km) 6 3,5 3 3,5 Hədəfi vurma ehtimalı 0,25–0,99 0,41–0,98 0,4–0,97 0,41–0,99+
Hərbdə tətbiqi 1970-ci ilin iyun-iyul aylarında Misirdə tətbiq olunan S-125 raketlərinin köməyi ilə 17 atəşlə (35 raket) 9 təyyarə vurulmuş və 3-ü zədələnmişdir.
1973-cü ildə Suriyada mövcud olan hərbi münaqişədə 43 təyyarə vurulmuş, 5 divizyon məhv edilmişdir.
Yuqoslaviyada NATO qoşunlarına qarşı döyüşlərdə tətbiq olunan S-125 "Peçora" ilə stels texnologiyasına sahib olan F-117 döyüş təyyarəsi vurulmuşdur.
Kosovo müharibəsi zamanı 2 may 1999-cu il tarixində Yuqoslaviya HHM qoşunlarına məxsus S-125 vasitəsilə NATO qoşunlarına məxsus F-16 döyüş təyyarəsi vurulmuşdur.
Büro, Hetq və OCCRP-nin birgə jurnalist araşdırmasına görə, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Belarusun özəl silah istehsalçısı Tetraedr-dən aldığı Peçora-2TM hava hücumundan müdafiə sistemi ilə Ermənistana məxsus pilotsuz təyyarələri vurub.
İstifadəçiləri thumb|295x295px|S-125 istifadəçiləri. Hazırkı istifadəçilər mavi, keçmiş istifadəçilər qırmızı rənglə göstərilib.
Hazırkı istifadəçilər : Peçora-2TM variantı. Belarusun "Tetraedr" şirkəti tərəfindən modernizasiya edilib.
Anqola
Birma
: Peçora-2TM
: Peçora-2M : Peçora-2TM
Keçmiş istifadəçilər
Kamerun: 2005-ci ildə silahlanmadan çıxarılıb. Çexoslovakiya
: 1990-cı illərdə silahlanmadan çıxarılıb. : 1978–1995-ci illər aralığında istifadə olunub. İraq
: 1990-cı illərdə silahlanmadan çıxarılıb.
: 2001-ci ildə silahlanmadan çıxarılıb.
Həmçinin bax Zenit raket kompleksi S-200 S-300
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Raket kompleksləri