Vüsət Əmir oğlu Əfəndiyev () — Bakı Dövlət Universitetinin Qazax filialının direktoru (2016–2019), əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor.
Həyatı Vüsət Əmir oğlu Əfəndiyev 1953-cü ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. 1970-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülən V. Ə. Əfəndiyev 1977-ci ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir. V. Ə. Əfəndiyev 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. 2009-cu ildə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Təhsil Nazirliyinin qərarı ilə 1995-ci ildə müəllifi olduğu "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri (Bakı: "Nicat" nəşriyatı 1995) əsəri akademik Həsən Əliyev adına mükafata layiq görülmüşdür. V. Ə. Əfəndiyev Respublikada elm və təhsilin inkişafında fəaliyyətinə görə dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.B. Budaqov. Azərbaycanın coğrafiyaçı alimləri "Elm"nəşriyyat Bakı 2013
Elmi fəaliyyəti 1977–1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışmışdır. Tədqiqat işi ilə əlaqədar olaraq V. Ə. Əfəndiyev 1978–1979-cu illərdə keçmiş SSRİ EA Coğrafiya İnstitutuna tədqiqatçı kimi elmi ezamiyyətə göndərilmişdir. 1979–1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin "SSRİ-nin iqtisadi coğrafiya" kafedrasında asissent, baş müəllim, dosent, vəzifələrində işləmişdir. V. Ə. Əfəndiyev "Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili" mövzusunda namizədlik, 2004-cü ildə isə "Sosial-iqtisadi və siyasi coğrafiya" ixtisası üzrə "Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri" mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. O, 2007-ci ildən professordur. Prof. V. Ə. Əfəndiyev 1987–1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991–1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999–2004-cü illərdə BDU-nun qiyabivə axşam təhsili üzrə prorektor, 2004–2011-ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. Prof. V. Ə. Əfəndiyev 2007-ci ildə yeni yaradılan "Azərbaycan coğrafiyası" kafedrasının müdiri seçilmişdir..B. Budaqov Azərbaycanın coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013
Elmi əsərləri Prof. V. Ə. Əfəndiyev 160-dan çox elmi əsərlərin, o cümlədən 7 monoqrafiyanın və kitabların, 11 dərslik və dərs vəsaitinin, 4 xəritənin, 3 metodik göstərişin və 15 proqramın müəllifidir.
2008, Bakı, Государственная программа социально-экономического развития регионов и ее роль в развитии региональных центров Шеки, Шамахы и Хачмаз. 2008, Bakı, Azərbaycanın sosial-iqtisadi coğrafiyası XXI əsrin inkişafı sistemində Təbriz şəhərinin inkişafının təbii-iqtisadi potensialı. 2004, Баку, Рекреационный потенциал Апшерона и его использование. // Вестник Бакинского Университета: Тябият елмляри серийасы. 2005, Bakı, BDU Coğrafiya fakültəsinin Altıağac təcrübə bazasında "Tələbələrin çöl tədris təcrübələrinin təşkili"nə dair metodik vəsait. 2005, Bakı, "Coğrafiya — 60". 2007, Bakı, "Əhali coğrafiyası demoqrafik əsaslarla". // Coğrafiyaçı- bakalavr pilləsi üçün proqramm toplusu. 2007, Bakı, "Geourbanistika". //Coğrafiyaçı- bakalavr pilləsi üçün proqramm toplusu. 2007, Bakı, Elm və təhsil fədaisi. // Prof. M. A. Müseyibovun 80 illiyinə həsr olunur. 2007, Astrakhan, THE INTEGRATION OF URBAN AND RURAL AREARS’ POTENTIALS // The Caspian Sea Humanities and sports // 2007, Bakı, magistr hazırlığı üçün fənlərin proqramlar toplusu. 2007, Bakı, magistr hazırlığı üçün fənlərin proqramlar toplusu.Əfəndiyev Vüsət
Kitabları 2015, Bakı, Geourbanistika, Dərslik 2015, Bakı, Pedaqoji təcrübə və onun təşkili, Metodik vəsait 2014, Coğrafiya (Türk dünyası). Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün (azərbaycan və rus bölməsi), Dərslik 2013, Azərbaycanda qəsəbə, Dərslik 2013, Azərbaycan Respublikasının coğrafiyası, Dərslik 2010, Azərbaycan şəhərlərinin sosial-iqtisadi coğrafiyası, magistr hazırlığı üçün proqramlar toplusu 2010, Qafqazın iqtisadi, sosial və siyasi coğrafiyası, magistr hazırlığı üçün proqramlar toplusu 2010, Azərbaycanın iqtisadi və sosial coğrafiyası, Dərslik. 2009, Bakı, Əhali coğrafiyasından praktiki məşğələ. 2008, Bakı, Географие населения, Практикум. 2007, Elm və təhsil fədaisi. Monoqrafiya. 2007, Баку, География Тюркского Мира. 2007, Bakı, "Əhali coğrafiyası demoqrafik əsaslarla". Coğrafiyaçı- bakalavr pilləsi üçün proqram toplusu. 2007, Bakı, "Geourbanistika". Coğrafiyaçı- bakalavr pilləsi üçün proqramm toplusu 2007, Баку, "География населения". Учебное пособие. 2006, Baku, "Əhali coğrafiyası" . Dərslik 2006, Baku, "Türk dünyası coğrafiyası" .11-ci sinif üçün dərslik. 2004, Constanta, Urbanization and urban settlements of Azerbaijan. 2004, Баку, География Тюркского Мира. Учебник для 11 класса. 2002, Baku, Urbanizasiya və Azərbaycanın şəhər yaşayış məskənləri
Mükafatları 1994, Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı 1998, Akad. H. Ə. Əliyev adına müsabiqənin laureatı 2000, Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı 2005, Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" fəxri adı 2009, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı
Həmçinin bax Tapdıq Həsənov Zaur İmrani Umayra Tağıyeva
İstinadlar
Kateqoriya:Professorlar Kateqoriya:Coğrafiya elmləri doktorları Kateqoriya:Əfəndiyevlər Kateqoriya:Bakı Dövlət Universitetinin prorektorları