Hacıağa Xəlil oğlu İbrahimov () — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi.
Həyatı 1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
İctimai-siyasi fəaliyyəti 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi. 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib və Böyük Vətən Müharibəsi iştirakçısı. 1946-cı ildən 1952-ci ilə qədər Bakı Hərbi Dənizçilik Məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub. 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib. 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir. 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur. 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur. 1981–1985-ci illərdə Azərbaycan SSR Dövlər Təbiəti Mühafizə Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 8-ci çağırışdan deputatı, 6-cı və 7-ci çağırışlar SSRİ Ali Sovetinin deputatı seçilib.
Təhsili Ali təhsilini Azərbaycan Dövlət Universitetində alıb.
Mükafatları
"Lenin" ordeni (1976) "Oktyabr İnqilabı" ordeni (27 avqust 1971) II dərəcəli "Vətən Müharibəsi" ordeni (11 mart 1985) 2 dədə "Qırmızı əmək bayrağı" ordeni (24 dekabr 1973-cü il; 23 fevral 1981-ci il) bir sıra medallar
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri