Naxçıvan Şahmat Məktəbi — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən şahmat məktəbi. 1981-ci ildə yaradılmışdır. Naxçıvan Şahmat Məktəbi// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 165-166. — ISBN 5-8066-1468-9.

Fəaliyyəti Açılış mərasimində o zaman da Azərbaycanın rəhbəri olan Heydər Əliyev iştirak etmişdir. Məktəbdə 460 şagird məşğul olur. Onların 20-si ustalığa namizəddir (2005). Təkmilləşmə və ibtidai hazırlıq, təlim-məşq qrupları fəaliyyət göstərir. Məktəbin yetirmələri məktəblilərin keçmiş ümumittifaq və respublika şahmat yarışlarında iştirak etmişlər. 1998-ci ilin dekabrında şəhərin Nizami küçəsindəki ikimərtəbəli müasir binaya köçmüşdür.

Həmçinin bax Naxçıvanda idman Azərbaycanda şahmat

İstinadlar

Xarici keçidlər Naxçıvan beynəlxalq şahmat festivalına hazırlaşır Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib

Kateqoriya:Naxçıvanda idman Kateqoriya:Naxçıvanda təhsil