Qamırqala dağı – Ordubad rayonu ərazisində dağ (hünd.1479,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Çənnəb kəndindən 2 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli günbəzvari, qərb və cənub-qərb yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən şimal-qərb istiqamətli fay qırılması keçir.
Həmçinin bax: Abdal (dağ) Ağsal dağı Quşqayası Bağırsaq dağı Elti dağı
İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları