Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi.
"Dəyirman" 1996-cı ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib.
Tarixi
Qrupun yaranması Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar.Ругия Ашрафли. Эмин Эфенди: "Главное — хорошо относиться к людям". 1news.az (20 февраля 2012). Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi.Р. Ашрафли. Группа Dəyirman: "Мы готовы в любой стране мира прокричать "Ya Qarabağ, ya ölüm!" — ФОТО. 1news.az (17 марта 2010 Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi.
1995-ci ildə yaranan "G. G. G. Aіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi.Натали Александрова. ABD Малик: "Первая же наша песня "Йа Карабах Йа Олюм" "взорвала" город в течение буквально нескольких часов". 1news.az (26 ноября 2012). Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi.
Populyarlıq qazanması "Dəyirman" 1996-cı ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Mahnının sözləri Ozan Arifə, musiqisi Aytən İsmixanova və ABD Malikə aiddir. Mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
2000-ci illər "Az@rimeyk" adlanan alboma vokal yazmağa daha sonra musiqi akademiyasının tələbəsi olan Leyla Əliyeva dəvət olundu. 2000-ci il aprelin 22-də Leylanın iştirak etdiyi "Sarı gəlin" mahnısının versiyası "İlin ən yaxşı video klipi" nominasiyasında Azərbaycanın ictimai Humay mükafatına layiq görülmüşdür.Э. Сафарзаде. Рэп-группа Дайирман снимается в кино. Газета Эхо (2001). Anar və Elmir 2004-cü ildə Rusiya rep sənətçiləri ilə əlaqələr qurmaq üçün Moskvaya gəlsələr də, Anar qəzaya uğradığından, əməkdaşlıq alınmadı.
"Dəyirman" 2006-cı il noyabrın 29-da Londonun "İSİS" klubunda London azərbaycanlılarının cəmiyyətinin dəvəti ilə çıxış edib.
Qrup 2007-ci il martın 18-də Moskvada "Azərbaycan" mədəniyyət və təhsil mərkəzi tərəfindən təşkil edilmiş "Qırmızı baharlı Novruz" adlı xeyriyyə konsertində iştirak etmişdir.
"Dəyirman" 2008-ci ilin yayında öz dəb xəttini (hansına ki, cinslər və mahnıların sözləri ilə yazılmış köynəklər daxil idi) açmağa hazırlaşırdı. "Dəyirman" uğurlu olsa da, qrupun əsas gəliri, musiqi ilə əlaqəli olmayan kommersiya fəaliyyətlərindən gəlirdi: Elmir və Malik reklam işində özlərini sınamağa qərar verdilər, Miri Yusifin isə klub-restoranın sahibi idi.
2010-cu illər 2010-cu ildə "Dəyirman" və ABŞ-nin sosial mövzularda yaradıcılığı ilə tanınan rep ifaçısı Toni Blekmen "Xocalıya Ədalət" rep mahnısını yazmışdırlar. Mahnının aranjimançısı Qremmi mükafatına sahib olan Qordon Vilyams idi. Klipin çəkilişləri Şəhidlər Xiyabanında, Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə aparılmışdır. Mahnıda müasir rep ritmləri ilə yanaşı Azərbaycan milli musiqisinin elementləri — muğam və balaban musiqisindən də istifadə edilmişdir.
Qrup 2010-cu il aprelin 11-də Bakının Buta Palace səhnəsində repçi 50 Cent-in "Before I Self Destruct" albomunun promo-turunda da iştirak edib. 2010-cu il mayın 21-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dəyirman" qrupunun 10 yaşı münasibətilə Yaşıl Teatrda konserti keçib. Konsertdə ötən illər ərzində qrupun ifa etdiyi ən yaddaqalan və sevilən, həmçinin yeni albomlarından olan mahnılar yer alıb.
"Dəyirman" 2011-ci il avqustun 28-də Bakı Caz Mərkəzində Maykl Ceksonun anım gecəsində iştirak edib.
Qrupun heyəti Miri Yusif (Mir Yusif Mirbabayev) ABD Malik (Malik Kələntərli) L-Mir (Elmir Məhərrəmov)
Keçmiş üzvlər Anar Abdulla
Diskoqrafiya "Dəyirman"ın diskoqrafiyasına 6 studiya albomu daxildir.
Studiya albomları Ad İl Qeyd Az@rimeyk 2000 Qurd 2001 Gözümüz sözdür 2002 Corc Buş haralıdır? 2004 Atmosfer 2006 Bərk sürən 2008
Videoqrafiya +SayKlip01Sarı Gəlin ft. Leyla02Ya Qarabağ, Ya Ölüm03Narko0425& ft. Züleyxa Akçurina05I'll see you… (duet Coolio & Elşad Xose)06Cibdə Varsa Pul (duet Elnarə Xəlilova)07Gəlmədin (duet Röya)08Bərk Sürən09Malena10Milyonerlər Məhəlləsi11Justice For Khojaly Tony Blackman
İstinadlar
Xarici keçidlər Azerbaijan: Streetwise Musical Style Moving into Mainstream
Kateqoriya:Musiqi qrupları Kateqoriya:Azərbaycan musiqi qrupları Kateqoriya:1999-cu ildə yaranan musiqi qrupları Kateqoriya:Azərbaycanın hip-hop qrupları Kateqoriya:Dəyirman Kateqoriya:Vikipediya:Şəkli olmayan musiqi qrupları haqqında məqalələr Kateqoriya:Azərbaycan repçiləri Kateqoriya:1996-cı ildə yaranan musiqi qrupları