Mladost Luçani FK (Serb kirili: ФК Младост Лучани) — Serbiyanın Luçani şəhərini təmsil edən peşəkar Serbiya futbol klubudur. Klub Serbiyanın əsas liqası hesab edilən Serbiya Superliqasında mübarizə aparır.

Tarixi Klub 1952-ci ildə təsis edilmişdir. Klub 1989-cu ildə Yuqoslaviya Üçüncü Liqasında (Şərq Qrupunda) qələbə qazanaraq ilk böyük nailiyyətinə imza atmışdır. Bu qələbə klubun 1989-90 mövsümündə Yuqoslaviya İkinci Liqasında iştirakını təmin etmişdir. Lakin onlar liqa başa çatdıqdan sonra yenidən aşağı liqaya düşmüşlər.

Yuqoslaviyanın dağıldığı dönəmlərdə klub milli səviyyədə daha rəqabətədavamlı klub olmuşdur. Klub mütəmadi olaraq ən yüksək liqa yarışlarında mübarizə aparmışdır. Onlar 1995-ci ildə Yuqoslaviya İkinci Liqasının qalibi olmuş və növbəti mövsümdə Birinci Liqaya (İB Liqası) vəsiqə qazanmışdır. Klub Birinci Liqada (son iki mövsümü İA Liqasında keçirib) üç mövsüm mübarizə aparmış və 1998-ci ildə yenidən aşağı liqaya düşmüşlər.

2001-ci ildə klub İkinci Liqada (Qərb Qrupu) qələbə qazandıqdan sonra Yuqoslaviyanın Birinci Liqasına yenidən vəsiqə qazanmışdır. Lakin onlar həmin mövsümdəcə aşağı liqaya düşmüşlər. Klubun hücumçusu Zoran Duraşkoviç isə 27 qolla turnirin ən yaxşı bombardiri olmuşdur.

2007-ci ildə Serbiya Birinci Liqasında qələbə qazandıqdan sonra klub Serbiya Superliqasına vəsiqə qazanmışdır. 2007-08 mövsümündə klub turniri orta sıralarda başa vurmuşdur. Lakin klub maliyyə problemləri ilə əlaqədar olaraq aşağı liqaya salınmışlar. Növbəti altı mövsüm ərzində klub milli liqa sisteminin ikinci səviyyəsi hesab olunan Serbiya Birinci Liqasında çıxış etmişdir.

Klub 2013-14 mövsümündə Birinci Liqada qələbə qazandıqdan sonra yenidən Superliqaya vəsiqə qazanmışdır. Onlar növbəti mövsümü yeddinci yerdə başa vurmuşdur. Beləliklə klub öz əvvəlki iştirak etmək rekordunu təkrar etmişdir. Bundan başqa, Patrik Fraydi Eze 15 qolla liqanın ən yaxşı bombardiri kimi mövsümü bitirmişdir.

Uğurları Serbiya Birinci Liqası 2006–07, 2013–14 Yuqoslaviya İkinci Liqası 1994–95, 2000–01 (Qərb Qrupu) Serbiya Qərb Liqası 2003–04, 2005–06 Yuqoslav Üçüncü Liqası 1988–89 (Şərq Qrupu)

Mövsümlər MövsümDiviziyaOQBMVBXalMöv.2006–07Div 238241044919821-ci2007–08Div 133814113241387-ci12008–09Div 2341081625433814-cü2009–10349151033314214-cü2010–11341112112932459-cu2011–1234131474227533-cü2012–13341013113135439-cu2013–143018664220601-ci2014–15Div 130117124147407-ci2015–16371114123444319-cu 1 Klub maliyyə problemləri yaşadığı üçün Birinci Liqaya göndərilmişdir.

Avropa rekordları Mövsüm Turnir Raund Klub Ev Səfər Ümumi 2017–18 UEFA Avropa Liqası QR1 İnter Bakı 0–3 0–2 0–5

Qeydlər QR1: Birinci təsnifat mərhələsi

Məşhur oyunçuları Milli komanda oyunçuları Murad Hüseynov Admir Aqanoviç Ninoslav Milenkoviç Misdonqarde Betolnqar Aleksandar Lazevski Milan Yovanoviç Duşan Andelkoviç Nemanya Milunoviç Yovan Markoski

Baş məşqçilər PeriodAdı 2007–2008 Nenad Milovanoviç 2008 Jivorad Yeliç 2009 Lyubişa Dmitroviç 2010 Nenad Markiçeviç 2010 Milolyub Kovaçeviç 2011 Branko Bozoviç 2011–2012 Deyan Nikoliç 2012 Neşko Milovanoviç 2012–2013 Lyubiça Dmitroviç 2013 Nenad Milovanoviç 2013 Vladisa Petroviç 2014– Nenad Milovanoviç

İstinadlar

Xarici keçidlər Official website Club page at srbijasport.net Club page at srbijafudbal.com

Kateqoriya:Serbiya futbol klubları