Cerdap su anbarı (Cerdap-I) — Rumıniya və Serbiyada, Dunay çayı üzərində su anbarı. Cerdap Qərbi Avropada ən böyük su anbarlarından biridir.Cerdap// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 224. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Tarixi 1969–71-ci illərdə doldurulmuşdur.

Sahəsi Sahəsi 320 km2, uzunluğu 230 km, həcmi 5 km3.

Xüsusiyyətləri Energetika, gəmiçilik, daşqınlarla mübarizə və rekreasiya məqsədləri üçün istifadə olunur. Cerdap-I bəndinin aşağı byefində (80 km aşağıda) suyun səviyyəsini tənzimləmək məqsədilə 1984-cü ildə Cerdap-II bəndi və 2 km3 həcmində kompensasiyaedici su anbarı istismara verilmişdir.

Həmçinin bax Dunay çayı

İstinadlar

Xarici keçidlər Cerdap su anbarı təsviri

Kateqoriya:Elektrik stansiyaları