thumb|200px|Sayfon Filter Yaradıcısı - Eidetic İstahsalçı kompaniya - 989 studio İstehsal tarixi - 9 iyul 1999 Janr - şuter 3-cü şəxsdən Platforma - Play Station Play Station 2 Daşıyıcı - CD İdarəedici - coystik

Sayfon Filter stels-action janrında olan şuterdir. Seriyanın 1-ci hissəsidir. Oyunun digər stels-actwion tipli Metal Gear Solid ilə demək olar eyni vaxtda çıxması onun populyarlığına təsir etmişdir. Buna baxmayaraq oyun geymerlər tərəfindən rəğbətlə qarşılanıb.

Süjet Oyunun baş qəhrəmanı məxfi agent Qabriel Loqandır. O,beynəlxalq terrorist Erik Romerə qarşı mübarizə aparır. Lakin tezliklə Loqana aydın olur ki, Romer "Sayfon Filter" adlı təhlükəli virus hazırlayıb. Beləliklə, Loqan digər agentlərlə birlikdə dünyanı xilas etmək üçün mübarizəyə başlayır.

Oyun olduqca zəngin və maraqlı süjet xəttinə malikdir. Tez yadda qalan surətlər, çoxlu sayda rəngarəng silahlar və bir-birindən maraqlı mərhələlər insanı bir an belə rahatlaşmağa qoymur. Təsadüfi deyil ki, bu oyun bir çox ölkədə, o cümlədən Azərbaycanda da böyük populyarlıq qazanmışdır.

Kateqoriya:Videooyun franşizaları Kateqoriya:Android videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:1999-cu ilin videooyunları Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:Hadisələrin Nyu-York şəhərində cərəyan etdiyi videooyunlar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:PlayStation (konsol) videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Sony Interactive Entertainment oyunları