Şartr kafedralının Xeyirxah samariyalı vitrajı () — Şartr şəhərində yerləşən Tanrı anası kilsəsinin sağ qanadında yerləşən Bibliyadan olan "Xeyirxah samariyalı haqqında pritça"nın təsvir edildiyi orta əsrlərə aid vitrajdır.
"Xeyirxah samariyalı haqqında pritça"da göstərilir ki, Yerusəlimdən İerixona gedən bir nəfərə yolda hücum edərək ağır yaralayır və ölməsi üçün tərk edirlər. Keşiş və Levi sülaləsindən olan kəs ona kömək etməyərək yanından ötüb keçir, o zaman qəbul edilməyən samariyalılardan olan kəs isə, yaralıya qulluq edilməsi üçün yer tapır və qayıdıb xidmətin qarşılığını ödəyəcəyinə söz verir.
Vitrajın orta hissəsində Adəm və Həvvanın günah işləməsi və qovulması təsvir edilib. Vitrajın sonuncu səhnəsinin yuxarı hissəsində Habilin qardaşı Qabil tərəfindən öldürülməsi göstərilib.
Vitrajda İsanın "Kimdir mənə yaxın olan?" sualına cavab göstərilmişdir. Bu pritça, orta əsrlərdə ruhanilər tərəfindən günah və günahkarlıq anlayışlarının izah edilməsi üçün istifadə edilirdi. Belə vitrajlar XIII əsrin ikinci yarısınnda inşa edilmiş kilsələrdə məşhur olmuşdur.Christopher G. Hughes, « Art and Exegesis », in A Companion to Medieval Art, Conrad Rudolph, éd. (Malden, MA; Oxford: Blackwell, 2006), 173-92; 185-186.
"Xeyirxah samariyalı haqqında pritça" əsasında yaradılmış digər məşhur vitrajlar isə Kenterberi kafedralı və Burj kafedralında yerləşir.
Vitraj, qırmızı mərkəzi medalyon və onun ətrafında formalaşdırılmış dörd ləçəkli formadan ibarət üç hissəyə bölünür. Vitraj, çəkməçilər gildiyasının sifarişi ilə hazırlanıb və səhnələrdən birində çəkməçilər iş başında təsvir ediliblər.
Vitraj, 1840-cı ildə tarixi abidə kimi qeydiyyata alınıb.
Ticarət pəncərələri
Ticarət pəncərələri ilk dəfə Şartr və Burj kafedrallarında 1205-1215-ci illər arasında meydana gəlmişdir. Şartr kafedralının 176 pəncərəsində təqdim edilən 125 təsvirdə ticarətçilərin iyirmi beş fərqli peşə ilə, həmçinin, istehsalat və daşınma ilə məşğul olmaları, qırx iki pəncərədə isə hazır məhsullarını satmaları təsvir edilmişdir. Enn Harris belə hesab edir ki, Şartrdakı ticarət pəncərələri ticarətçilərin şəhər həyatına təsir etməyə çalışan kilsəyə qarşı mübarizəsini əks etdirir.Anne F. Harris, "Stained Glass Window as Thing: Heidegger, the Shoemaker Panels, and the Commercial and Spiritual Economies of Chartres Cathedral in the Thirteenth Century," Different Visions: A Journal of New Perspectives on Medieval Art 1 (September 2008) http://differentvisions.org/issue1PDFs/Harris.pdf accessed on 12/31/2015. A few detailed images from the Genesis section of the window are reproduced in Nancy Honicker, "Bleu de Chartres," FMR 34: (2009): 109-28.
Xeyirxah samariyalı vitrajları
Müxtəlif Əhdi-Ətiq və Əhdi-Cədid mövzuları ilə tamamlanmış "Xeyirxah samariyalı haqqında pritça" (Luka 10:30-37) XIII əsrdə kafedral pəncərələrinin hazırlanmasında istifadə edilən məşhur mövzulardan biri olmuşdur.Christopher G. Hughes, "Art and Exegesis," in A Companion to Medieval Art, Conrad Rudolph, ed. (Malden, MA; Oxford: Blackwell, 2006), 173-92 at 185, 186. 1200-1215-ci illər arasında üç fransız kafedralı üçün vitrajlar hazırlanmışdır: Sens (təxm. 1200), Şartr (1205-1215)"Chartres," The Grove Dictionary of Medieval Art and Architecture, edited by Colum Hourihan, 5 vols. (Oxford: Oxford University Press, 2012) 2: 29-37 at 37. və Burj (təxm. 1215)The windows from Sens and Bourges are presented in Hughes, "Art and Exegesis," 185-186 as well as in Emile Mâle, L'art religieux du XIIIe siècle en France: étude sur l'iconographie du moyen âge et sur ses sources d'inspiration, 2nd ed. (Paris: Librairie Armand Colin, 1925), 197-99. See also Judith A. Kidd, Behind the Image. Understanding the Old Testament in Medieval Art (Oxford: Peter Lang, 2014). Xeyirxah samariyalı-Yaradılış tipologiyası Kenterberi kafedralının pəncərələrindən birində də özünə yer tapmışdır.Colette and Jean-Paul Deremble, Vitraux de Chartres (Paris: Éditions Zodiaque, 2003), 186.
Burj, Şartr və Sens kafedrallarındakı Xeyirxah samariyalı vitrajlarının təsvirləri XIII əsr Fransa vitrajlarının geniş arxivi olan "The Corpus of Medieval Narrative Art" toplusunda yayımlanmışdır. Müəllif hüquqları Dr. Stüart Uaytinqə aid olan təsvirlərdən yalnız elmi-tədqiqat məqsədli istifadəyə icazə verilir.
Xüsusiyyətləri
Şartr kafedralının Xeyirxah samariyalı vitrajı nefin cənub qanadında yerləşir. Aşağıdan yuxarıya doğru oxunmaq üçün dizayn edilmiş vitraj, bir-biri ilə əlaqələndirilmiş iyirmi dörd paneldən ibarətdir.
Vitraj qırmızı dairəvi medalyon ətrafında formalaşdırılmış dörd ləçəyə malik üç əsas hissədən, onları yanlardan, yuxarı və aşağıdan dəstəkləyən yarımdairəvi hissələrdən ibarətdir. Vitrajın I-III panelləri "Çəkməçilər", IV-XII panelləri "Xeyirxah samariyalı", XII-XXIII panelləri "Yaradılış", XXIV paneli isə "Məsihin xeyir-duası" mövzularına həsr edilmişdir.
İmza paneli: Çəkməçilər
Yarım-dördləçək formalı olan ilk üç paneldə vitrajın sifarişçiləri olan çəkməçilər təsvir edilmişdir. Çəkməçilərin mağazaları kafedralın cənub transept portallarına yaxın, Petit-Kordonnyer küçəsində yerləşirdi.Jean Villette, Guide des vitraux de Chartres (Rennes: Ouest-France, 1987), 114. Çəkməçilər həm də "Bakirənin ölümü vitrajı"nın hazırlanmasına iyanə vermişdilər. Birinci və ikinci panellər onları iş başında, dəri kəsərkən və ayaqqabı hazırlayarkən təsvir edir.
Üçüncü paneldə hazır pəncərəni təhvil verən yeddi nəfərdən ibarət qrup təsvir edilmişdir. Çəkməçilərin 1210-cu ildən emalatxanaya sahib olmaları qeyd edilir; Ola bilsin ki, üçüncü paneldə yaşıl və qırmızı-qəhvəyi geyimli mərkəzi fiqur elamatxananın sahibini təsvir edir. Fiqurların bir neçəsi təqdim edilən pəncərəyə, bir neçəsi isə dördüncü paneldə fariseylilərə xeyirxah samariyalı haqqında pritça danışan İsaya baxırlar. Üçüncü panelin yuxarı sağ tərəfində işarə barmağını qabağa uzatmış əl (dextera domini)Peter and Linda Murray, The Oxford Companion to Christian Art and Architecture (Oxford, New York: Oxford University Press, 1996), s.v. "Dextera Domini," p. 136. təsvir edilmişdir. Yaşıllığın arasından çıxan əl çəkməçilərin işinə və vitraja xeyir-dua verir.
Xeyirxah samariyalı (Luka 10:25-37)
Vitrajın beş-on ikinci panellərində Xeyirxah samariyalı haqqında pritça təsvir edilmişdir; İsa iki fariseylinin "kimdir sənə yaxın olan?" sualına uyğun olaraq pritçanı danışır. Fariseylilərdən birinin başında orta əsrlərdə yəhudilərin və bəzi müsəlmanların istifadə etdiyi yudenux adlı konusvari papaq vardır. Oturmuş İsa sağ əlini qaldırmış, sol əlində isə ehtimal ki, İncil olan kitab tutmuşdur (IV panel).
Pritçaya görə, Yerusəlimdən İerixona ziyarətə gedən bir adama yolda quldur hücum edərək onu döyür, qarət edir və ağır yaralayr. Bir müddət onun yanından keçən keşiş və Levi sülaləsindən olan kəs qulduru qınasa da, yaralıya kömək etmədən keçib gedir. Daha sonra yaralıya o zaman qəbul edilməyən və aşağılanan samariyalılardan olan bir nəfər kömək edir. O, ziyarətçinin yaralarını sarıyaraq onu xəstəxanaya aparır və müalicə xərclərini öz öhdəsinə götürür.
Yaradılış mövzuları (Yaradılış 2-4)
Bibliyanın Yaradılış kitabından olan hadisələr vitrajın on bir panelində təsvir edilmişdir. Onlara cənnətin təviri, Adəm və Həvvanın yaradılması, qadağan meyvənin yeyilməsi və cənnətdən qovulma hadisələri daxildir. On dördüncü panel, bütün vitrajın mərkəzi hissəsi hesab edilir: panelin mərkəzində Adəm yer almışdır. İyirmi birinci paneldə Adəm və Həvvanın əkin biçinlə məşğul olması təsvir edilib. 300px|thumb|right|Məsihin xeyir-duası Belə bir fikir vardır ki, bu təsvirdə Adəmin əkinçi (sator) kimi təsvir edilməsi söz oyunu olmaqla çəkməçilərə (sutor) işarədir. İyirmi üçüncü paneldə təsvir edilmiş Habilin qardaşı Qabil tərəfindən öldürülməsi səhnəsi "Xeyirxah samariyalı haqqında pritça"da ziyarətçinin döyülməsi və yaralanması hadisəsi ilə səsləşir.Deremble, Vitraux, 189.
Məsihin xeyir-duası
Vitrajın tac panelində Məsihin xeyir-duası təsvir edilmişdir. Göyqurşağı üzərində oturmuş İsaya iki tərəfdə mələklər təzim edir. Rəbb əlində şar və ya çörək tutur. Lakin çörək, "Maiestas Domini" ikonoqrafiyası üçün ənənəvi deyil.Murray, The Oxford Companion s.v. "Maiestas Domini," pp. 295-96. Lakin, əgər İsanın əlindəki dairəvi əşya çörəkdirsə, bu, o anlama gələ bilər ki, İsa özü ziyarətin - viaticum - səbəbidir. On dördüncü paneldə təsvir edilmiş Adəm təsviri iyirmi dördüncü paneldə təsvir edilmiş İsa təsviri ilə səsləşir: Adəm iki ağacdan birinin yarpağı və ya budağı üzərində oturub; meyvələrdən ağacın naringi olması aydın olur ki, bu da "Maiestas Domini" ikonoqrafiyası üçün xarakterikdir.Deremble, Vitraux, 186.
Motiv 270px|thumb|left|Şartr kafedralının planında vitrajın yeri (oxla göstərilib). Ziyarət mövzusunun Xeyirxah samariyalı vitrajında dominant motiv olması aydın görünür. Şartr çəkməçilərinin istehsal etdikləri kimi yaxşı ayaqqabılar və qida (iyirmi dördüncü paneldə İsanın əlində çörək tutması iddiası nəsərə alınsa) ziyarətin uğurla başa çatdırılması üçün əsas amillərdir. Daha sonra pəncərədə, İskəndəriyyəli Kliment, Avqustin Avrelius, Böyük Qriqori, Hörmətli Beda və başqalarının şərhləri əsasında "Xeyirxah samariyalı haqqında pritça"nın alleqorik vizualizasiyası verilir. Bu ilahiyyatçılar, pritçanı, qovulma zamanı zədələnmiş və ilahi xüsusiyyətlərini itirmiş (ziyarətçinin qarət edilməsi və döyülməsi nümunəsində), köhnə qanunlardan (keşiş və Levi sülaləsindən olan kəs nümunəsində) əsl xilas ala bilməyən və yalnız Məsihin (samariyalının simasında) və kilsənin (xəstəxananın simasında) köməyinə ehtiyacı olan insalıq (ziyarətçi nümunəsində) haqqında alleqorik hekayə kimi görürdülər. Birləşən hekayələrin tropoloji nəticəsi budur ki, insan, ilahi formasını bərpa etməyə çalışmalı, bunun əsas yolu isə xeyriyyəçilik olmalıdır.Conrad Rudolph, "The Parabolic Discourse Window and the Canterbury Roll: Social Change and the Assertion of Elite Status at Canterbury Cathedral," Oxford Art Journal 38 (July 2015)
Yerusəlimdən çıxan insan Adəmdir, onun çıxışı isə insanlığın Cənnətdən qobulmasını simvolizə edir. Ziyarətçiyə hücum edərək onu qarət edən və döyən şəxs isə, insanlığı günaha batıraraq ölüm üçün tərk etmiş Şeytanı və digər şər qüvvələri təmsil edir. Samariyalı isə ölüm ayağında olan insanlığı xilas edən İsanı təmsil edir. İyirmi dördüncü paneldə isə ölülər və dirilər üzərində hakimiyyətini bərpa etmiş Rəbb görünür. Məsihin əlində tutduğu çörək isə, İsanın insanlara gələcək xilas haqqında ümid verdiyi Yevxaristiyanı simvolizə edir.
Panellərin yerləşməsi və mövzusu
170px|thumb|Vitrajın nömrələnmiş xəritəsi
Şartr kafedralının Xeyirxah samariyalı və Yaradılış mövzulu vitrajı 24 paneldən ibarətdir. İlk üç paneldə pəncərənin sifarişçisi olan çəkməçilər tərsvir edilib. 4-12-ci panellərdə Xeyirxah samariyalı pritçası, 13-23-cü panellərdə isə Yaradılış kitabından olan səhnələr təsvir edilib. 24-cü paneldə Məsihin xeyir-duası səhnəsi yer alıb. Panellərin soldakı xəritədəki nömrələr üzrə yerləşməsi belədir: İmza paneli: Çəkməçilərin dəri kəsməsi İmza paneli: Çəkməçilərin ayaqqabı düzəltməsi İmza paneli: Pəncərənin sifariş edilməsi Məsihin fariseyli cütlüyə pritça danışması Yerusəlimi tərk edən ziyarətçi Ziyarətçiyə hücum etməyə hazırlaşan quldur Döyülmüş, qarət edilmiş və yaralanmış ziyarətçi Keşiş və Levit kişini görərək qulduru qınasa da ötüb keçir Samariyalı yaralının yaralarını sarıyır Samariyalının ziyarətçini xəstəxanaya aparması Xəstəxanada samariyalının qarşılanması Xəstəxanada; samariyalı yaralı ziyarətçiyə qulluq edir Tanrının Adəmə həyat bəxş etməsi Adəmin Cənnətdə həyatı Tanrının Adəmin qabırğasından Adəmi yaratması Tanrının Adəm və Həvvaya bilik ağacının barını yeməməyi tapşırması Adəm və Həvva bilik ağacının yanında söhbət edir İlan tərəfindən yoldan çıxarılan Həvva qadağan olunmuş meyvəni yeyir Tanrı Adəm və Həvvanın intim yerlərini örtdüyünü görür Mələk Adəm və Həvvanı Cənnətdən çıxarır Səhrada iş: Adəm əkir, Həvva biçir Tanrı Adəm və Həvvaya səhrada necə yaşamağı öyrədir Qabil qardaşı Habili öldürür