Dmitri Alekseyeviç Orlov (; ) — sovet teatr və kino aktyoru, rejissor, teatr pedaqoqu, Belorusiya SSR xalq artisti (1941)Театральная энциклопедия. Гл. ред. П. А. Марков. Т. 4 — М.: Советская энциклопедия, Нежин — Сярев, 1965, 1152 стб. с илл., 6 л. илл..

Həyatı 200px|thumb|Dmitri Orlovun Minskin Şərq qəbiristanlığındakı məzarı Dmitri Orlov 13 (26) sentyabr 1903-cü ildə anadan olmuşdur. 1925-ci ildə Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1929-cu ildə Peşəkar Birliklərinin Ümumittifaq Mərkəzi Şurasının Moskva Teatrında çalışmağa başlamışdır. 1934-cü ildən fəaliyyətini Moskva Realist Teatrında davam etdirmişdir. 1936-cı ildə Mogilyov şəhərinə köçmüş, burada Rus Dövlət Teatrının truppasına qoşulmuş, bu teatrın tamaşalarında rol almışdır. 1939-cu ildə həmin teatrın bədii rəhbəri olmuşdur.

Dmitri Orlov oynadığı rollarda qəhrəmanlarının daxili aləmlərinin dərinliklərinə qədər enməyi bacaran, öz obazlarını lirizmlə bəzəyən sənətkar idi. Onun komediya rolları incə yumoru və səmimiliyi ilə seçilirdi.

1934-cü ildən rejissor kimi də fəaliyyət göstərməyə başlamışdır.

1948-ci ildən Belorusiya Bədii Teatr İnstitutunda dərs deməyə başlamış, 1952-ci ildə isə aktyor ustalığı kafedrasının müdiri olmuşdur.

Ona ən böyük uğuru Vilhelm fon Kaunits (almanların işğal etdiyi Belorusiyanın hauleyteri Vilhel Rixard Paul Kubenin proobrazı) rolu gətirmişdir. O, belarus xalqının cəlladının mənfi obrazını ustalıqla yarada bilmişdir.

Mükafatları Belorusiya SSR Xalq artisti (1941).

Yaradıcılığı

Teatr rolları

Moskva Realist Teatrı "Aristokratlar" (Nikolat Poqodin) — Kostya-kapitan "Cəsur əsgər Şveyk" (Yaroslav Qaşek) — Şveyk

Rus Dövlət Teatrı (Mogilyov) "Qlebovun qalstuku" — Lobzik "Balzaminovun evliliyi" (Aleksandr Ostrovski) — Balzaminov "Müfəttiş" (Nikolay Qoqol) — Müfəttiş "Zirehli qatar 14–69" (Vsevolod İvanov) — Vaska-papiros kötüyü "Dəmir necə bərkidi" (Nikolay Ostrovski) — Pavel Korçagin "Narahat qocalıq" (Leonid Raxmanov) — Polejayev "Anna Karenina" (Lev Tolstoy — Karenin "Müdaxilə" (Slavin) — Selesten "Kreml kurantları" (Nikolay Poqodin) — Vladimir İliç Lenin "Çar Fyodor İoanoviç" (Aleksey Tolstoy) — çar Fyodor İoanoviç "Ağlasığmaz pullar" — Telyatyev "Rus məsələsi" (Konstantin Simonov) — Merfi "Vanya dayı" (Anton Çexov — Voynitski

Teatr quruluşları 1934 — "Altı istəkli" (Aleksey Arbuzov) 1937 — "Kəndli xanım" (A. S. Puşkin) 1937 — "Daş qonaq" (A. S. Puşkin) 1939 — "Samanlıqdakı it" (Lope de Veqa)

Filmoqrafiya 1958 — Saat gecəyarısı dayandı — Vilhelm fon Kaunits (almanların işğal etdiyi Belorusiyanın hauleyteri Vilhel Rixard Paul Kubenin proobrazı) 1960 — Yaz tufanları 1961 — Bizim küçə (film, 1961) — rol: Kurts 1963 — Diqqət! Şəhərdə sehrbaz var! — əczanəçi 1966 — Gör neçə vaxtdır görüşmürük! 1967 — Damlar altındakı müharibə

İstinadlar

Xarici keçidlər Дмитрий Алексеевич Орлов

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Rusiyanın teatr pedaqoqları