Marağa livası və ya Marağa sancağı — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Marağa idi.
1725 ci ildə XVIII əsrdə bu ərazilərdə aparılmış təhrirə əsasən isə Marağa livasının tərkibinə Benacu, Səracu, Bukan , Kavdul maa′ Miyandoab (yəni, Kavdul ilə Miyandab birlikdə), Əcri, Leylan və Əkərtu nahiyələri, ibarətdir
Osmanlı üsul-idarə sisteminə uyğun olaraq hər iki əsrdə (XVI və XVIII əsrlərdə) aparılmış təhrirlərə nəzər saldıqda görürük ki, Marağa livasına Benacu və Bukan nahiyəsi əlavə edilmiş, yuxarı və aşağı olan Əcri nahiyəsi birləşdirilmiş, Soyuqbulaq livasına isə Suldus livalıqdan çıxarılaraq nahiyə kimi qatılmış, XVI əsrdə Marağa livasının tərkibində olan Axtaçı nahiyəsi vahid nahiyəyə çevrilərək Soyuqbulaq livasına daxil edilmişdir.
Xarici keçidlər “Dəftər-i müffəssəl liva-i Marağa”
Kateqoriya:Marağa Kateqoriya:Osmanlı imperiyasının sancaqları