Ömür payı. Səməndər Rzayev — rejissor Tahirə Hüseynovanın 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.

Məzmun Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Səməndər Rzayevin 70 illik yubileyinə həsr olunur.

Film haqqında Filmdə "Həyatın dibində", "Sizə deyib gəlmişəm", "Közərən ocaqlar", "Evləri köndələn yar", "Yollar görüşəndə...", "Dəli yığıncaqı", "İblis", "Kreysr sonatası" teatr və televiziya tamaşalarının, "Uşaqlığın son gecəsi", "Nəsimi", "Tütək səsi", "Od içində", səsləndirdiyi "İstintaq", "Babək", "Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Bəyin oğurlanması", "Bağ mövsümü" filmlərinin kadrlarından eləcə də "Bulağ" radioverilişindəki səsdən istifadə edilmişdir.

Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, eləcə də Siyavuş Kərimi, Faiq Sücəddinov, Aygün Səmədzadə və xarici bəstəkarların musiqilərindən istifadə edilmişdir.

Səhvlər Orfoqrafik: Titrlərdə "Sizə deyib gəlmişəm", "Yollar görüşəndə...", "Dəli yığıncağı" teatr və televiziya tamaşalarının adları səhvən "Sizi deyib gəlmişəm", "Yollar görüşəndə", "Dəli yıgıncagı" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Od içində", "Uşaqlığın son gecəsi" filmlərinin adları səhvən "Od içində vahə", "Uşaqlıgın son gecesi" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Babamızın babasının babası" filmində Babamızın ədatından sonra səhvən vergül qoyulmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Rübabə Səməndər Quruluşçu rejissor: Tahirə Hüseynova Quruluşçu operator: Elşən Rafiqoğlu Montaj: Hüseyn Hüseynov Assistentlər: Mikayıl Əjdəroğlu, Qafur Sədiyev, Samir Məlikov Səs operatoru: Əliabbas Qasımov Mətni oxuyan: Elxan Rza İnzibatçı: Məlahət Əhməd Redaktor: Səyavuş Məmmədov Filmin direktoru: Kənan Quliyev Musiqilərindən istifadə edilən bəstəkarlar: Siyavuş Kərimi, Faiq Sücəddinov, Aygün Səmədzadə

Rollarda Elxan Rza Rübabə Səməndər Murad Əhmədli

Xarici keçidlər Filmi izlə

Həmçinin bax

Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Səməndər Rzayev haqqında filmlər Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri