Cəmilə Atayeva () — Azərbaycan aktrisası.

Həyatı Cəmilə Şamil qızı Atayeva 1946-cı ildə Bakıda anadan olub.

Xoreoqrafiya məktəbini bitirib.

1962-ci ildən səhnədədir. Bir qədər Opera və Balet Teatrında çalışdıqdan sonra Musiqili Komediya Teatrının aparıcı solisti olub.

Müxtəlif kinostudiyalarda çəkilmiş "Hava məbədi", "Silahlı çox təhlükəlidir", "Tehran-43", "Təyyarələr enmədi" (Özbəkfilm) filmlərində çəkilib.

Hazırda Nizami kinoteatrında nəzarətçi işləyir.

Filmoqrafiya Dədə Qorqud (film, 1975) Hava Məbədi İnsan məskən salır (film, 1967) Qərib cinlər diyarında (film, 1977) Silahlı Çox Təhlükəlidir Tehran-43 Təyyarələr Enmədi (Özbəkfilm)

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Bakıda doğulanlar