Vahlkampfiidae (). İbtidailərin Percolozoa tipinin fəsiləsidir.
Quruluşu İlbizşəkilli amöblərdir. Bəzən ön qurtaracağın yanları ilə sıralanan, bəzən də yan tərəfdən arxa hissəyə yönəlmiş kökayaqların köməyilə hərəkət edir. Nüvənin bölünməsi promitetikdir.Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s. Fəsiləyə 4 cins daxildir: Vahlkampfia
Naegleria
Adeiphamoeba
Tetramitus
Azərbaycanda Vahlkampfia və Naegleria cinslərinin nümayəndələri aşkar edilmişdir.
Yayılması Qeydə alınmış növlər: Vahlkampfia albida Lepsi – Şirvan düzünün boz, Lənkəran vilayətinin sarı, Abşeronun boz-qonur torpaqlarında; V. Froschi Lepsi – Şirvan düzünün boz, Lənkəran vilayətinin sarı torpaqlarında; V. Tachypodia Glaeser – Lənkəran təbii vilayətinin sarı, Abşeronun boz-qonur, Dağlıq Qarabağın şabalıdı torpaqlarında; V.limax Stepanek – Lənkəran təbii vilayətinin sarı, Abşeronun boz-qonur torpaqlarında; V.magna Iollos – Şirvan düzünün boz torpaqlarında; V. Spinifera Lepsi – Dağlıq Qarabağın şabalıdı torpaqlarında; N.gruberi Lepsi – Dağlıq Qarabağın şabalıdı, Abşeronun boz-qonur torpaqlarında.
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Həmçinin bax
Şizopirenidlər
İstinadlar
Kateqoriya:Schizopyrenida