Əhməd Əli oğlu Əhmədov () — Azərbaycan-sovet dövlət xadimi, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan K(b)P-nin Qala-Maştağa rayon komitəsinin birinci katibi.Керимова Т. С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 310
Həyatı Əhməd Əli oğlu Əhmədov 1903-cü ildə Naxçıvanın Ordubad şəhərində zəhmətkeş ailəsində anadan olub. 1918-ci ilə qədər Ali Hərbi məktəbdə təhsil alıb.
1919-cu ildən Culfada (Şahtaxtıda) əvvəlcə telefonçu, daha sonra dəmir yolunda fəhlə işləmişdir. 1921-ci ildə XI Qırmızı Orduda könülülərə yazılaraq telefonçu kimi xidmət etmişdir.
1930-cu ildə Qırmızı Professorlar İnstitutunda təhsil almağa başlayır.
1937-ci il iyul ayının 11-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs edilib və oktyabrın 13-də güllələnib. 1955-ci ildə ölümündən sonra bəraət alıb.
Hərbi fəaliyyəti 1921–1923-cü illərdə Azərbaycan hərbi peşə məktəbində kursant olub. 1923–1924-cü illərdə bu peşə məktəbini bitirdikdən sonra orada saxlanılaraq rota komandiri kimi xidmət etmişdir.
1925–1926-cı illərdə Hərbi-Siyasi məktəbin rəis köməkçisi təyin olunub. 1926–1927-ci illərdə Tiflis hərbi peşə məktəbində müəllim işləyib, daha sonra yenidən Bakıya qayıdaraq 1927–1928-ci illərdə siyasi maarifləndirmə fəaliyyəti ilə məşğul olur.
Beləliklə, 1921-ci ildən 1928-ci ilə qədər Ə. Əhmədov hərbi xidmətdə olub. Bu müddət ərzində o, 1921 və 1930-cu illərdə Ermənistanda daşnak qiyamının yatırılmasında, 1922–1923-cü illərdə Azərbaycanda "banditizmə", 1924-cü ildə Çiatura şəhərində (Gürcüstanda) "menşevik üsyanı"na qarşı mübarizədə iştirak edib.
Siyasi fəaliyyəti
Komsomolda 1921-ci ilin martında Naxçıvanda komsomol təşkilatının bani və rəhbərlərindən biri olub. 1921-ci ilin sonunda Naxçıvandan nümayəndə kimi Bakıda komsomol qurultayına göndərilib.
1928–1929-cu illərdə İrəvanda Xalq Maarif Komissarlığının üzvü və Milli Azlıqlar Şurasının sədri olub.
1929–1930-cu illərdə Azərbaycan Xalq Maarif Komissarlığında bölmə müdiri və İdarə heyətinin üzvü işləyib.
Partiyada 1933–1935-ci illərdə Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Zəngilan Rayon Komitəsinin Siyasi bölməsinin müdiri təyin edilir.
M. Bağırovun məsləhəti ilə 1935-ci ildə Azərbaycan K(b)P-nin Qala-Maştağa rayon komitəsinin birinci katibi təyin edilir. O, eyni zamanda Bakı Sovetinin nümayəndəsi seçilir.
1937-ci il iyun ayının 1-də EA-nın Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru təyin edilir. Ona qədər direktor işləmiş Zifeld-Simumyaqi Artur Rudolfoviç böyük elmi işçi vəzifəsinə təyin edilib. Ə. Əhmədov bu vəzifədə 1 ay 10 gün işlədi.
Mənbə Ə. Tahirzadə. Əhməd Əli oğlu Əhmədov // 525-ci qəzet, 2005, 8, 11 yanvar. ГАППОДАР, ф.1, оп.8, д.884; ф.1., оп.122, д.87; Архив МНБ АР, следственно-архивное дело № ПР 23397.
İstinadlar
Kateqoriya:Repressiya qurbanları Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun alimləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Maştağa Rayon Komitəsinin birinci katibləri Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun direktorları