Rövşən İsax (tam adı: Rövşən İsax oğlu Məmmədov; ) — Azərbaycanlı rejissor, aktyor.
Həyatı Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb (1988–1992). Dövlət Gənclər Teatrında (1993–1994), Dövlət Pantomim Teatrında (1994–1995) aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1993–1998) müəllim kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub (1998–2001). Hazırda "Pozitiv Media"nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir.
1 avqust 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir. Üç övladı var.
Filmoqrafiya Rejissor kimi İl Ad Qeydlər 1996 Kiçik leytenant qısametrajlı bədii film 2001 Azərbaycan Xalq Cümhuriyyəti qısametrajlı sənədli film 2003 40-cı qapının qıfılı rejissor 2011 Aktrisatammetrajlı bədii film; quruluşçu rejissor, ssenari müəllifi2012–2013 Pərvanələrin rəqsi teleserial; quruluşçu rejissor, ssenari müəllifi 2013–2014 Sonuncu fəsil teleserial; quruluşçu rejissor, ssenari müəllifi 2016–2018 Vicdan haqqı teleserial; quruluşçu rejissor, ssenari müəllifi2019–2024Yuxu kimiteleserial2024 - İmtinateleserial; quruluşçu rejissor, ssenari müəllifi
Aktyor kimi İl Ad Rol Qeydlər 1995 Yarasa Rəssam tammetrajlı bədii film 1996 Kiçik leytenant Sərnişinqısametrajlı bədii film 2001 Etimad telefonu Elmi işçitammetrajlı bədii film2011AktrisaEldar Əfəndiyevtammetrajlı bədii film2013Sonuncu fəsilSürücüteleserial
Mənbə "Yuxu kimi" bir ömür — İlqar Fəhmi yazır
Kateqoriya:Rövşən İsax Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları