Murad Şöhrət oğlu Musayev () — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Şəfa" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.
Həyatı 13 iyun 1994-cü ildə Bakıda anadan olub.
Klub karyerası 28 aprel 2013-cü ildə Musayev Azərbaycan Premyer Liqasında "Qəbələ"nin "Qarabağ"la oyununda debüt etdi.
6 iyun 2023-cü ildə Musayev "Qəbələ" ilə müqaviləsini daha iki il müddətinə uzatdı. 4 iyun 2026-cı ildə "Qəbələ" Musayevin müqaviləsi başa çatdıqdan sonra klubdan ayrıldığını elan etdi. Musayev "Qəbələ"nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub.
23 iyun 2026-cı ildə "Şəfa" ilə birillik müqavilə imzaladı.
Statistika
Çempionat Mövsümlər üzrə Azərbaycan çempionatında aşağıdakı kimidir:
№ Mövsüm Klub Oyun Qol Ehtiyatda 1 2012 / 2013 «Qəbələ» 1 0 2 2 2013 / 2014 «Qəbələ» 0 0 3 3 2014 / 2015 «Qəbələ» 0 0 0
Kubok Mövsümlər üzrə Azərbaycan kubokunda aşağıdakı kimidir:
№ Mövsüm Klub Oyun Qol Ehtiyatda 1 2013 / 2014 «Qəbələ» 1 0 4
Avrokubok Murad Musayev Qəbələ klubu ilə 2014-15 UEFA Avropa Liqasında iştirak etmək üçün sifariş vərəqəsinə salınmışdır.
Uğurları 2014-cü il - Qəbələ klubu ilə 2013-14 Azərbaycan Kubokunda finalçı olmuşdur.
Milli karyerası Murad Musayev 2012-ci ildə Azərbaycan U-19 milli futbol komandasına çağırılmışdır. O, milli ilə debütünü 31 oktyabr 2012-ci ildə UEFA Avropa Çempionatının seçmə mərhələsində Xorvatiya millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.Azerbaijan U19 vs. Croatia U19 1 - 7
İstinadlar
Xarici keçidlər Профиль игрока на сайте Профессиональной Футбольной Лиги Азербайджана
Tarixçə Профиль игрока на официальном сайте ФК «Габала» Player Murad Musayev
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları