Centropyxidae () — ibtidailərin amöbozoylar sinfinə daxil olan fəsilədir.
Ümumi xarakterik əlamətləri Çanağı eksogen ünsürlərlə — kvars hissəcikləri, göbələk saplarının qalıqları və s. ilə "bəzədilmişdir". Simmetriyası radial və ya bilateraldır. Bədən forması çox vaxt girdə və ya yarımkürə, yumurtaşəkilli və armudşəkilli də ola bilər. Kürəyə yaxın olan formalarda (Cyclopyxis, Trygonopyxis) ağız mərkəzdə yerləşir və ya ekssentrikdir (Centropyxis, Paracentropyxis). Schwabiada çanağının dar qütbündə, Pseudowerin tzewiada isə genişlənmiş qütbündə yerləşir. Ağızcıq həmişə demək olar ki, çanağın daxilinə doğru çökmüşdür. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Növləri və yayılması Azərbaycanda 4 növü tapılmışdır. Centropyxis aculeata Stein – Lənkəran rayonunun düyü tarlalarında və Azərbaycanın başqa su hövzələrində; C. delicatula Penard, C. laevigata Penard – Lənkəran rayonunun düyü tarlalarında və Cyclopyxis sp. – Lənkəran təbii vilayətinin subtropik bitkilər altındakı sarı torpaqlarda qeydə alınmışdır.Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s
İstinadlar
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
İstinadlar
Kateqoriya:Amöbozoylar