Quru küləklər — meteoroloji hadisə olub, havanın rütubətliyi, bir qayda olaraq yüksək temperatur və müxtəlif intensivlikdə küləklərlə müşayiət olunur. Belə küləklər bitkinin yüksək transpirasiyasına səbəb olur, torpaq səthindən intensiv buxarlanma gedir, torpağın nəmliyi aşağı düşür və bunun nəticəsində bitkinin su balansının pozulmasına səbəb olur.
Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antisiklonun təsiri nəticəsində ilin isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin əmələ gəlməsinə səbəb olur. Bu isə ölkə ərazisində kənd təsərrüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və məhsuldarlığını aşağı salır.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.
Quraqlıq və quru küləklərə qarşı mübarizə tədbirləri Mübarizə məqsədilə əsasən aqrotexniki və meliorasiya tədbirləri həyata keçirilir. Suvarma quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən yüksək məhsul götürməyə imkan verir. Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mühüm tədbir sayılır.
Həmçinin bax Quraqlıq Atmosfer hadisələri Külək Ağ yel
Xarici keçid HAVANIN TƏRKİBİ Külək
İstinadlar Kateqoriya:Coğrafiya Kateqoriya:Küləklər