Cengiz Ündər (; ) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu.
Karyerası
Klub karyerası Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur.
O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir.
14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur.
Milli karyerası Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır. Cengiz ilk dəfə Türkiyə millisinə 2016-cı ilin noyabr ayında Kosovo millisi ilə oyun üçün çağırılmışdır.
Ünder Türkiyə millisində ilk qolunu 2017-ci ilin mart ayında Moldova millisinə qarşı oyunda vurmuşdur.
Karyera statistikası
Milli komanda
Milli komandaİlOyunQolTürkiyə201610201732Ümumi42
Milli komanda qolları Nəticələr və qollar Türkiyə hesablamasının birinci siyahısındadır.
Qol Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1. 27 Mart 2017 Yeni Eskişehir stadionu, Eskişehir 3–0 3–1 Yoldaşlıq oyunu 2. 11 İyun 2017 Loro Boriçi stadionu, Şkoder, Albaniya 2–1 4–1 2018 FİFA Dünya Kuboku təsnifat
İstinadlar
Xarici keçidlər
Профиль на mackolik.com Профиль на worldfootball.net
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə U-19 milli futbol komandası futbolçuları Kateqoriya:Lester Siti FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Olimpik Marsel FK futbolçuları Kateqoriya:MLS futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:İstanbul Başakşehir FK futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə U-18 milli futbol komandası futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları