Nəbiyurd dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 2725,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli eyniadlı ayrılmasında zirvə. Nəsirvaz kəndindən 2,5 km cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin şimal-şərq cinahında müşahidə edilən Çaxmaqlıdağ sinklinal qırışığının sentriklinal hissəsində yerləşir.  

Həmçinin bax: Zırnel dağı Maparax Cuğağıl dağı Havuş dağı Əjdaha dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri