Səbinə Sabir qızı Hacıyeva () — Azərbaycan aktrisası, rejissor, pedaqoq,bədii gimnastika üzrə məşqçi və xoreoqraf Azərbaycanın əməkdar artisti (2018).Azərbaycanın əməkdar artisti (2018).

Həyatı Səbinə Hacıyeva 16 noyabr 1983-cü ildə anadan olub. 1999-cu ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinə daxil olub və 2003-cü ildə həmin fakültəni bitirib. 2003-cü ildə universitetin Mədəniyyətşünaslıq ixtisası üzrə magistratura pilləsinə qəbul olunub və 2005-ci ildə təhsilini başa vurub. 2018-ci ildə ikinci ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2022-ci ildə Gimnastika məşqçiliyi ixtisasını bitirib.

Yaradıcılığı Səbinə Hacıyeva 2003-cü ildən Dövlət Pantomim Teatrında aktrisa kimi fəaliyyət göstərir. Yaradıcılığı ərzində müxtəlif tamaşalarda fərqli obrazlar yaradıb. Onun səhnə fəaliyyəti ərzində iştirak etdiyi tamaşalar arasında Bəxtiyar Xanızadənin "Şərqə səyahət", M. Mkusabəyovun "Şəngülüm, Şüngülüm, Məngülüm", Bəxtiyar Xanızadənin Vilyam Şekspirin sonetləri əsasında hazırladığı "Eşq", Zaur Zeynalovun "Maska", Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə", Alber Kamyunun "İnsan", A. Məmmədovun "Korlar", həmçinin "Zibillik pərvanələri", "Pantomim buketi", "Tıq-tıq xanım", "Məlikməmməd", "Çərçivə", "No comment", "Unutmayaq", "Sən mənim balığımsan", "Kişilər və qadınlar", "Underground", "Xocalı bu olub", "Manqurt", "Adajio", "Ora-bura", "Hamlet", "İblis" və "Romeo və Cülyetta" tamaşaları yer alır. Səbinə Hacıyeva "Dejavu" tamaşasının müəllifi və rejissoru kimi də fəaliyyət göstərib.

2005-ci il mayın 30-dan iyunun 6-dək Tatarıstanın Kazan şəhərində keçirilən "Novruz" Türkdilli Xalqların Teatr Festivalında Azərbaycanı təmsil edən sənətçilər sırasında iştirak edib. Səbinə Hacıyeva teatr fəaliyyəti ilə yanaşı, kino və televiziya sahəsində də fəaliyyət göstərib.Aktrisanın çəkildiyi filmlər sırasında Günaydın, mələyim, Cavid ömrü və Xoxan yer alır. Televiziya layihələrində də iştirak edən Səbinə Hacıyeva İmtahan və Mən kiməm seriallarında rol alıb.

Aktrisa yaradıcılıq fəaliyyəti ilə yanaşı, pedaqoji və məşqçilik fəaliyyəti ilə də məşğuldur. 2010–2014-cü illərdə Uşaq-Gənclər İnkişaf Mərkəzində bədii gimnastika üzrə xoreoqraf, 2012–2016-cı illərdə "AURA" İdman Kompleksində xoreoqraf kimi çalışıb. 2017–2019-cu illərdə "UĞUR" İnkişaf Mərkəzində bədii gimnastika üzrə məşqçi, 2019-cu ildən "NİKO" İdman Klubunda bədii gimnastika üzrə məşqçi kimi fəaliyyət göstərir. 2023-cü ildən "DOJO" Sports Academy-də bədii gimnastika üzrə məşqçi vəzifəsində çalışır. 2024-cü ildən isə "SƏNƏT" Uşaq Musiqi və İncəsənət Mərkəzində uşaq aktyorluq kurslarında dram müəllimi kimi fəaliyyət göstərir.

Mükafatları

10 mart 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya Cavid ömrü (film, 2007) Günaydın, mələyim! (film, 2008) Sonuncu dərviş (film, 2009) Ailə portreti (2010, qısametrajlı bədii film) Xoxan (film, 2014) Günlər (qısametrajl film 2018) Vətəndaş A Bəlkə də... (film, 2025)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları