"Rebekka" () — 1940-cı ildə rejissor Alfred Hiçkokun triller janrında çəkdiyi bədii film. Film Dafna dü Moryenin eyniadlı romanı əsasında çəkilmişdir. Baş rollarda Lourens Olivye və Coan Fonteyn çəkilib. Film iki "Oskar" mükafatına layiq görülüb.

Məzmun Möhtəşəm rəqs gecələri ilə tanınan Menderli malikanəsinin sahibi Maksimillian de Vinter (Lourens Olivye) gözəl həyat yoldaşı Rebekkanın ölümündən bir il sonra Monte-Karloya gedir. Orada missis Van Hopper (Florens Beyts) və onun gənc ortağı ilə tanış olur. Zaman keçdikcə Maksimilian adını bilmədiyimiz bu gənc xanımla (Coan Fonteyn) maraqlanmağa başlayır. Tezliklə cütlük nikaha daxil olur. Ağciyər və utancaq qız üçün Menderlidə yaşamaq o qədər də asan olmur. Malikanədə olan hər bir şey keçmiş xanımı xatırladır. Hətta təsərrüfat işləri ilə məşğul olan missis Denvers (Cudit Anderson) qeyri-təbii şəkildə Rebekkaya sədaqət nümayiş etdirir, lakin bu yeni missis de Vinterin qismətinə düşən bədbəxtliklərin hələ başlanğıcıdır.

Rollarda Lourens Olivye — Corc Forteskü Maksimillian de Vinter Coan Fonteyn — ikinci missis de Vinter Cudit Anderson — missis Denvers Corc Sanders — Cek Fevell Naycel Brüs — Jil Lesi Recinald Denni — Frenk Krouli Obri Smit — polkovnik Culian Qledis Kuper — Beatris Lesi Florens Beyts — missis Edit Van Hopper Leo C. Kerroll — doktor Beyker Melvill Kuper — müstəntiq Edvard Fildinq — Fris Filip Uinter — Robert

Mükafatlar və nominasiyalar "Rebekka" filmi 11 nominasiyada Oskar mükafatına namizəd göstərilib və 2 nominasiyada mükafata sahib olub. 1936-cı ildən etibarən bu yeganə filmdir ki, Ən yaxşı film nominasiyasında qalib olsa da, rejissor, aktyorlar və ssenari müəllifləri bu mükafata layiq görülməyiblər. right|250px|thumb|Lourens Olivye və Coan Fonteyn filmin çəkilişində. Mükafatlar Mükafat Nominasiya Namizəd şəxs NəticəOskar mükafatı Ən yaxşı film Selznick International PicturesDevid Selznik Ağ-qara filmdə ən yaxşı operator Corc Barns Ən yaxşı rejissor Alfred Hiçkok Ən yaxşı uyğunlaşdırılmış ssenari Robert E. ŞervudCoan Harrison Ən yaxşı aktyor Lourens Olivye Ən yaxşı aktrisa Coan Fonteyn Ən yaxşı ikinci plan aktrisa Cudit Anderson Ən yaxşı montaj Hel S. Kern Ən yaxşı orijinal musiqi Frans Uaksman Ən yaxşı quruluşçu rəssam-dekorator Layl Uiler Ən yaxşı vizual effektlər Cek KosqrovArtur Cons

"Rebekka" filmi iki dəfə AFI-nin AFI 100 Years… series siyahısına salınmışdır. AFİ-nin 100 il… 100 triller siyahısı #80 AFİ-nin 100 il… 100 qəhrəmanlar və yaramazlar siyahısı Missis Denvers, #31 Yaramazlar

Filmdəki lezbos xətti "Rebekka" filmi Heys Kodeksinə uyğunluqla bağlı Production Code Administration tərəfindən əsaslı surətdə araşdırılmışdı. Buna səbəb filmdə lezbiyanlığa dair gizli mənanın mövcudluğu şübhəsi idi. Araşdırma uğurlu nəticə verdi, lakin filmdə lezbos xəttinin olması kino tədqiqatçıları və lezbiyan auditoriya tərəfindən sübuta yetirildi. Ekranda açıq nümayişə qadağa meyilləri əslində bu istəyin aşkara çıxarılması üçün əlavə imkan yaratdı. Gizli məna ekran əsərinin daha dərin qatlarına baş vurulması ehtiyacını yaradırdı. Lazım olan obraz ayrı-ayrı detallardan yaradılır və bu mənanın yozumunda tamaşaçıların açıq iştirakını tələb edir. Bir çox hallarda fərqli meyillərə malik qəhrəmanın təqdimatı zamanı məqsədli imtina əsas rol oynayır. Bu zaman obraz yalnız digər qəhrəmanların xatirəsində "yaşayır". Oxşar variant "Rebekka"da da ehtiras hədəfi təsərrüfatçı missis Denversin filmdə yoxluğu kimi istifadə olunub. Belə olduqda, qadağan olunmuş münasibətlər tamamilə aradan qaldırılır. Bu münasibətlər qarşı tərəfin iştirakı olmadığına görə, yolverilməz görünür və senzuradan yan keçməni təmin edir, lakin bu təfsir ehtimalından azad etmir, əksinə izaha açar vasitə kimi xidmət edir. Rebekkanın yoxluğu, əslində süjetdə lezbiyan münasibətlərinin olmadığını qəsdən nəzərə çarpdırmaq kimi şərh edilə bilər. Bu məsələ filmin prodüseri Devid Selznikin sözlərində də öz əksini tapır:

Missis Denvers obrazı tipik "lezbos dəsti" kimi stereotip cizgilərilə yaradılıb və Amerika kinematoqrafiyasının 1920-ci illərdən başlamış dövrü üçün səciyyəvidir: kobud rəftarlı, qəddar, qarayanız, daima qapalı tünd paltarlar geyinən qadın nümunəsi. Onun heç bir zahiri əlamətində şəfqət hissi duymaq mümkün deyil və hətta onun mübtəlalığı birbaşa ölmüş insana istiqamətlənib. Missis Denversin lezbiyanlığa meyli həmin dövrün digər klassikası "Çağırılmamışlar" filmindəki miss Holloveyin oriyentasiyasını xatırladır. Rebekkanın özünün homoseksuallığı sualı isə açıq qalır və tədqiqatçılar arasında buna birmənalı yanaşan yoxdur. Lakin Rebekka rolunun qadın ehtirasının hədəfi olması ehtimalı da var.

İstinadlar

Xarici keçidlər

Filmin poster və plakatlarının qalereyası Criterion Collection essay by Robin Wood Rebecca on Screen Guild Theater: 31.05.1943 Rebecca on Lux Radio Theater: 06.11.1950

Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Alfred Hiçkokun filmləri Kateqoriya:1940-cı ilin filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:İngilis dilində romantik triller filmləri Kateqoriya:İngilis dilində müəmma triller filmləri Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Nuar film Kateqoriya:ABŞ-nin romantik triller filmləri Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Erotik triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:Dul insanlar haqqında filmlər Kateqoriya:Lezbiyan filmləri Kateqoriya:İntihar haqqında filmlər Kateqoriya:Birləşmiş Krallıq haqqında filmlər Kateqoriya:Film remeykləri Kateqoriya:Psixoloji filmlər Kateqoriya:Psixoloji triller filmləri