Fətallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.
Tarixi Moz çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Qaraçanlı olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Qaraçanlı kəndindən köçüb gəlmiş Qara Fətalı adlı bir şəxs saldığına görə belə adlanmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 273.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Yaylaqlar Motin yurdu, Orucalılar yurdu, Hacıalı yurdu, Dəlləklər yurdu, Qırxın yurdu, Baş yurd, Qanqallı yurd, Dərə yurdu, Kalafalıq yurdu, Kosalar yurdu, Kilisənin yanı, Mehdixanlı yurdu.
Bulaqlar Buz bulaq, Baş yurdun bulağı, Novlu bulaq, Qoşabulaq, Səfqulunun bulağı.
Məşhur yerlər Muncuqlu təpə, Məşədihəsən xırmanı, Yalınbeli, Qaraqaya, Həşimin yurdu, Cilin düzü, Küllü yer, İlanlı çala, Dikxaç, Yıxılıxaç, Hümbətalı gizlənən, Ağşırran, Kəmərqaya, Bataqlıq.
İstinadlar
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri