Avianka Hava Yolları reys 203, Boqotada yerləşən El Dorado Beynəlxalq Havalimanından Kalidəki Alfonso Bonilla Aragon Beynəlxalq Havalimanına daxili reys ilə hərəkət edən uçuş. 27 noyabr 1989-cu ildə Soaça bələdiyyəsi üzərində Partlayıcı vasitə ilə partladılmışdır. Təyyarə Kolumbiyanın paytaxtı Boqotadan havaya qalxdı. Hava qalxdıqdan 5 dəqiqə sonra 794 kilometr (493 mil) sürətlə hərəkət edən təyyarə gözlənilmədən partladı.

Uçuş Təyyarə, Pan American World Hava yollarından alınan, HK-1803 qeydiyyat nömrəli Boeing 727-21 idi. Yerli vaxtla 07:13-də havalandı və havaya qalxdıqdan 5 dəqiqə sonra yanacaq deposunun yanında qoyulan bomba 13000 fit (3960m) hündürlükdə partladı. Partlayış təyyarəni parçaladı: Quyruq hissəsindən ayrılan burun hissəsi alovlu halda aşağı endi. Yerdə olan 3 nəfər və üzərilərinə düşən təyyarədəki 107 nəfərin hamısı həlak oldu.

Qəza sonrası Uçuş 203-ün bombalanması, o zamandan bu yana Kolumbiyada yaşanan ən ölümcül cinayət hücumu olmuşdur. Medellin narkotik kartelinin yaradıcılarından olan Pablo Eskobar, 1990-cı il prezident seçimləri zamanı namizəd olmuş Sezar Qavirianı öldürmək ümidi ilə bu bombalamanı planladı. Lakin Qaviria təyyarədə deyildi və daha sonra Kolumbiyanın prezidenti oldu.Bowden 2001, səh. 81. Qəza zamanı ölən iki amerikalı, Amerikanın Eskobarı tapmaq üçün fəaliyyətə başlamasına səbəb oldu.

Son hadisələr 28 noyabr 2016-cı ildə Kolumbiyanın El Espectador qəzeti, Uçuş 203-ə aid 8 bölümdən ibarət olan istintaq hesabatını dərc etməyə başlamışdır. Partlayışa səbəb kimi yanacaq deposunda olan yanacaq nasosunun nasaz olması iddia edilmişdir. Hesabat Avianka şirkəti və zərər çəkmişlərin ailə üzvləri tərəfindən ağır tənqid edilmişdir.

Həmçinin bax Pablo Eskobar Medellin Karteli

İstinadlar

Xarici keçidlər Qəzanın təsviri

Kateqoriya:2016-cı ildə Kolumbiya Kateqoriya:2016-cı ildəki hadisələr Kateqoriya:27 noyabrdakı hadisələr Kateqoriya:Kolumbiyada aviasiya hadisələri Kateqoriya:Boeing 727 ilə bağlı qəzalar və insidentlər