Eyvaz nekropolu — Ordubad şəhərinin cənub-şərq hissəsində arxeoloji abidə.

Ümumi məlumat Abidə XX əsrin 80-ci illərinin əvvəllərinə qədər mövcud idi. Orada mərmərdən hazırlanmış çoxlu başdaşı tipli qəbirüstü xatirə abidələri var idi. Bu abidələrin üzərində ərəb və fars dillərində kitabələr olmuşdur. Qəbiristanlıq sufi şeyxi Pir Eyvazın vəfatından sonra yaranmışdır. Sonralar bu sufi şeyxinə hörmət əlaməti olaraq onun qəbri ətrafında dəfn mərasimləri keçirilmiş və böyük bir qəbiristanlıq yaranmışdır. Qəbiristanlıqdakı məzar kitabələrinin tarixləri orada 16-18-ci əsrlərdən başlayaraq dəfn mərasimləri keçirildiyini söyləməyə əsas verir. XX əsrin 80-ci illərində dağıdılıb, yerində avtovağzal inşa edilmişdir. Naxçıvan abidələri ensiklopediyası.Naxçıvan.2008.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ordubad rayonunun nekropolları