Vadim Abramov (; 5 avqust 1962, Bakı) — Sovet və Özbəkistan futbolçusu və futbol məşqçisi.
Həyatı Vadim Karlenoviç Abramov 1962-ci ildə Azərbaycanın paytaxtı olan Bakı şəhərində dünyaya gəlmişdir. O, 2010–2012-ci illərdə Özbəkistan milli futbol yığmasının baş məşqçisi vəzifəsində olmuşdur.
Karyera Abramov, 2003–2005-ci illər ərzidə Trantor Daşkənd futbol klubunun baş məşqçi vəzifəsində çalışıb. Futbol klubu 2004-cü ildə Özbəkistan Kubokunda finala çıxmış və bir il sonra Liqada 4-cü yerdə qərarlaşmışdır. O, 2006-cı ildə Lokomotiv Taşkənd futbol klubuun baş məşqçisi olmuşdur. Klub 2009 mövsümünü 6-cı sırada tamamlamışdır. Abramov 6 aprel 2010-cu ildə Mirjalol Qasımovu əvəzləyərək Özbəkistan Milli Komandasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdur. Abramov 28 noyabr 2013-cü ildə Astananın yeni baş məşqçisi seçildi. 13 fevral 2014-cü il tarixdə onun lideri Hakim Füzaylovun vəzifəsindən azad edildikdən sonra "Lokomotiv Taşkent" in yeni baş məşqçisi təyin edilmişdir. 17 oktyabr 2015-ci ildə liqa matçlarında bir neçə qeyri-kafi nəticədən sonra vəzifəsindən azad edilmişdir.
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Bakı erməniləri Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Tavriya Simferopol İK futbolçuları Kateqoriya:Özbəkistan futbolçuları Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri