Təpələr dağı — Culfa rayonu ərazisində dağ (hünd. 987,4 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin  cənub-şərq istiqamətli Pilələr qolunun   şərq yamacında zirvə. Dizə kəndindən  1,2 km cənub-qərbdədir. Üst Paleosenin Tanet mərtəbəsinə aid Ordubad lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş  günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid  Darıdağ-Aza qalxımının  geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Dizə antiklinalının cənub-qərb qanadında  yerləşir.

Həmçinin bax Cuğağıl dağı Ağdaban dağı Ağnaqtəpə

İstinadlar

Kateqoriya:Culfa rayonunun dağları