Səmra Özal (; ) — Türkiyənin 8-ci birinci xanımı. O, Türkiyənin 8-ci prezidenti olan Turqut Özalın həyat yoldaşı olub. Onlar 1954-cü ildə evləniblər. Bu evlilikdən onların üç övladı dünyaya gəlib: Əhməd Özal (d. 1955), Zeynəb Özal (d. 1956) və Efe Özal (d. 1967). Səmra Özal Ana Vətən Partiyasının hakimiyyəti zamanı "Türk Qadınını Gücləndirmə və Tanıtma Fondu"na sədrlik edirdi. 1991–1992-ci illər arasında Ana Vətən Partiyasının İstanbul vilayəti təşkilatına sədrlik edib. 1993-cü ildə Turqut Özalın ölümündən sonra İstanbulda yaşamağa davam edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Özallar Kateqoriya:Türkiyənin birinci xanımları Kateqoriya:İstanbulda doğulanlar