Rio Qevin Ferdinand () hazırda BT Sport televiziya kanalında fəaliyyət göstərən keçmiş ingilis futbolçu. Karyerası O, daha çox Mançester Yunayted klubundakı çıxışı ilə tanınmışdır. Müdafiəçi mövqeyində çıxış edən Ferdinand İngiltərə milli yığmasının heyətində üç dəfə (2002, 2006, 2010-cı illərdə) Dünya Çempionatlarında iştirak edib. O, İngiltərədə dəfələrlə fərqli mükafatlara layiq görülüb.
Ferdinand İngiltərə Premyer Liqasında ilk oyununa Vest Hem Yunayted klubunun heyətində 1996-cı ildə, hələ 18 yaşı olarkən çıxmışdır. O, sonradan öz inamlı oyunu ilə azarkeşlərin sevimlisinə çevrilmiş və Vest Hem klubunda ilin ən yaxşı futbolçusu mükafatına layiq görülmüşdür. Ferdinand milli yığmanın heyətində ilk oyununu isə 1997-ci ildə Kamerun millisinə qarşı keçirmiş və beləliklə, İngiltərə milli komandasının heyətində ilk oyununa çıxan ən gənc müdafiəçi kimi tarixə düşmüşdür. Onun futbol karyerasındakı uğurları Lids Yunayted klubunu cəzb etmiş və bu da Ferdinandın o dövrdə Lids klubu üçün rekord məbləğə-18 milyon funt-sterlinq qarşılığında transfer olunmasına gətirib çıxarmışdır. Ferdinand iki ilini bu klubda keçirdikdən sonra 2001-ci ildə klubun yeni kapitanı vəzifəsinə yüksəlmişdir.
O, 2002-ci ilin iyulunda yenə rekord məbləğ olan 30 milyon funt-sterlinq qarşılığında Mançester Yunaytedə transfer olmuşdur. Klubda keçirdiyi ilk sezondaca Premyer Liqa çempionu olmuşdur. 2003-cü ilin sentyabrında tibbi yoxlamadan uğurla keçə bilmədiyinə görə səkkiz ay futboldan kənarlaşdırma cəzası almışdır. Nəticədə, Premyer Liqanın yarım sezonunu və milli yığmanın heyətində 2004-cü ildə keçiriləcək Avropa çempionatını buraxmalı olmuşdur. Futbola geri qayıtdıqdan sonra o, Mançester Yunayteddə əsas heyət üzvünə çevrilmiş, 5 il ərzində 4 dəfə İngiltərədə ilin heyətinə seçilmişdir. Ferdinand Mançester Yunayted klubunda 2014-cü ildə müqaviləsi başa çatana qədər 6-sı Premyer Liqa çempionluğu olmaqla, 14 titul qazanmışdır. 2014-cü ildə QPR klubuna keçən Ferdinand burada bir il keçirdikdən sonra 30 may 2015-ci il tarixində 19 illik peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlamışdır.
Uğurları Klub Vest Hem Yunayted UEFA İntertoto kuboku (1): 1999 Mançester Yunayted Premyer Liqa (6): 2002-03, 2006-07, 2007-08, 2008-09, 2010-11, 2012-13 Liqa kuboku (2): 2005-06, 2008-09 İngiltərə Super kuboku (4): 2003, 2007, 2008, 2011 UEFA Çempionlar Liqası (1): 2007-08 FİFA Klublararası Dünya kuboku (1): 2008 Şəxsi Vest Hem Yunayted klubunda ilin ən yaxşı futbolçusu (1): 1997-98 İngiltərədə ilin heyəti (6): 2001-02, 2004-05, 2006-07, 2007-08, 2008-09, 2012-13 ESM ilin heyəti (1): 2007-08 FIFPro World XI (1): 2007-08 Premyer Liqada 20-ci sezon mükafatı English Football Hall of Fame: 2016
Həmçinin bax Mançester Yunayted Lids Yunayted İngiltərə milli yığması
İstinadlar
Xarici keçidlər
Rio Ferdinand Foundation official site Profile at StretfordEnd.co.uk
Ferdinand Ferdinand Kateqoriya:İngiltərə futbol şərhçiləri Kateqoriya:Lids Yunayted FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Bornmut FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərənin Futbol Şöhrət Zalının üzvləri Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbolda dopinq halları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Britaniya imperiyası ordeninin Böyük Xaç cəngavəri Kateqoriya:Futbol mərkəz müdafiəçiləri